- Tərifi:
Miras fikhini və hesab əhkamını anlamaqdır.
- Mirasın tətbiq olunan yer:
Meyitin vərəsələrinə tərk etdiyi sərvəti.
- Miras elmini öyrənməyin səmərəsi (faydası):
Vərəsələrin hüquqlarının qorunmasıdır.
- Miras elmini öyrənməyin hökmü:
"Fardul-kifayə" (فرض الكفاية), kifayət olan fərz, vacib. Yəni, bəzi müsəlmanlar bu elmi öyrənərsə, digər müsəlmanlardan günah düşür.
- Miras üç qism insanlara verilir:
1- Payı (Qurani Kərimdə) təyin edilmiş insanlara (məs: ər-arvad)
2- Qohumluq əlaqəsi olanlara (məs: əmi, əmi uşaqları)
3- Uzaq qohumlara (məs: ana tərəfdən olan qohumlara)
______
Sual və məsələlər:
1- Miras elminin anlayışı nədir?
2- Miras harda tətbiq edilir?
3- Miras elminin öyrənilməsinin səmərəsi nədir?
4- Miras elminin öyrənilməsinin hökmü nədir?
5- Müsəlmanlar miras elminin öyrənilməsini tərk etsələr günah qazanırlarmı?
6- Hansı qrup insanlara miras payı düşür? Onları zikr et.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈