Miras elminin tərifi ( 2 )



Miras ərəb mənşəli sözdür. Sözünün ərəbcə tələffüzü "əl-miras" (الميراث) "əl-faraid" (الفرائض).

isimdir.
Ölən adamdan sonra varislərə qalan mal, mülk və sairə - miras bölgüsü.

– "Ağca xanım evində həmişə ata mirası deyib əzizlədiyi piləkli məxmərə altdan-yuxarı qəzəblə baxdı".
Mir Cəlal.

- "Lakin hələ ili tamam olmamış kişinin mirasına əl vurmaq yaramazdı".
B. Bayramov.

- "Atalar səpən oğullara mirasdır".
(Atalar sözü).

- "Miras qalmaq – qabaqkı dövrlərdən irsən keçmək, çatmaq (hər hansı bir şey), yadigar qalmaq. Həlimə ölkəyə miras qalmış ətrafdakı bu xarabalıqlar və ona gülümsəyən gözəl gələcək haqqında düşünürdü".
Ə. Məmmədxanlı.

         ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

- Miras şəriət terminologiyasında:
Varis üçün təyin olunmuş - pay deməkdir.

- Mirasın mənalarından:
Miqdar, pay, hissə, bölgü - mənasını daşıyır.

- Miras kitablarında rast gələn sinonim adlardan:
Fard (فرض)
Faraid (فرائض)
İrs (إرث)
Tərikə (تركة)
Nasıb (نصيب)
Qısma (قسمة)
Qıst (قسط).


______
Sual və məsələlər:

1- Mirasın lüğəti mənası nədir ?

2- Mirasın istilahi mənası nədir ?

3- Mirasın mənalarından ikisini zikr et.

4- Miras kitablarında rast gələn sinonim sözlərindən ikisini zikr et.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈