İnsan bədənindən (ön və arxa övrət kanalı istisna olaraq) qan çıxarsa, bu dəstamaz və namaza təsir edirmi?
(Müxtəsər bəhs)
Müqəddimə.
بسم الله الرحمن الرحيم
الحمد لله رب العالمين
والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين، وبعد؛
1. Səhabə və təbeinlərin sözü.
2. Müxtəsər olaraq dörd məzhəbin fikri.
3. Müasir alimlərin sözləri.
4. Məsələnin yekunu.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Səhabə və təbeinlərin sözlərindən.
Allah rəsulu ﷺ "Zətur-Rika'a " qəzəvətində idi. Gecə olanda Allah rəsulu ﷺ dedi: "Bizi bu gecə kim qoruyacaq?" Muhacirlərdən və ənsarlardan bir kişi ayağa qalxaraq: "Biz nəzarət edəcəyik ya rəsullah" -dedilər. Gecəni öz aralarında böldülər. Biri yatır, o biri isə nəzarət edir. Ənsarlardan olan 'İbad bin Bişr nəzarətçilik edəndə namaz qılmaq istədi. Namazda olarkən, düşmənlərdən biri ona tərəf ox atır və onu yaralayır. Ondan qan axmasına baxmayaraq o, oxu çıxardır, namazına davam edir. Bunu görən düşmən yenə ona tərəf ox atıb onu yaralayır. O, yenə də oxu çıxardıb namazına davam edir. Sonra üçüncü oxu atır. Ənsari isə oxu çıxardır, namazına davam edir. Namazı bitirəndən sonra yanındakı növbətçini oyadır. O, ona: "Niyə məni oyatmadın" -deyəndə, ənsari dedi: "Surə oxuyurdum, onu bitirməmiş namazdan çıxmaq istəmədim."
📚 Bax: Buxari rəvayət edib.
Qeyd: Allah rəsulu ﷺ bu hadisəni bilib, ona onun dəstamazı pozulduğunu demədi. Namazını iadə (təkrar) etməsini əmr etmədi. Deməli, çıxan qan dəstamazı pozmur və səhabələr bunu bilirdi.
◇ İbn Ömər (Allah ondan razı olsun) sızanağı sıxıb ondan qan çıxardı. O, onun üçün dəstamaz almadı.
◆ İbn Məhran (Allah ondan razı olsun) dedi: "Əbu Hureyra barmağını burnunun içinə salıb çıxardanda qan çıxdı. O, dəstamaz almadan (təzələmədən) namazını qıldı.
◇ İbn əbi Aufə (Allah ondan razı olsun) ağzından qan tüpürdü, sonra (dəstamaz almadan, təzələmədən) durub namaz qıldı.
◆ Cabir və ibn Museyib namazda olarkən barmaqlarını burnunun içinə saldıqda qan çıxıb. Onunla belə, onlar dəstamazı təzələməyiblər.
◇ Həsən Əl-Basri (Allah ona rəhmət etsin) dedi: "Müsəlmanlar (döyüş meydanında) üzərilərində qan ola-ola namazlarını qılardılar."
Zikr olunan əsəri imam Əl-Buxari rəvayət etmişdir. Bu əsərlər dəlildir ki, (ön və arxa övrət kanalı istisna olaraq) bədəndən çıxan qan, çox və ya az olsa belə dəstamaz pozulmur.
◆ Tavus, Muhammad bin Əli, 'Ata və Hicaz əhli (yəni Məkkə və Mədinə camaatı) dedilər: "Qan üçün, dəstamaz yenidən alınmır."
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Dörd məzhəbdən.
Dəlilləri:
Allah rəsulu ﷺ qadına heyzdən sonra damardan gələn qana " 'irq" deyir və ona: "Həqiqətən o damar qanıdır və onun üçün hər namazdan önçə dəstamaz al" -deməsidir.
Hədisin sonunda zikr olunan söz "hər namaz üçün dəstmaz al"- zəifdir. Yəni bu sözü Allah rəsulu ﷺ deməyib. Bunu Muslim, Ən-Nəsəi, Beyhəqi, İbn Rəcəb və başqaları qeyd ediblər.
◆ Maliki, Şafii məzhəbi və Əhməd ibn Teymiyyə (Allah onlara rəhmət etsin) qanın dəstamazı pozmadığını buyurublar.
◇ İmam Əl-Bəğəvi (Allah ona rəhmət etsin) dedi: "Bu, əksər səhabələrin və təbeinlərin rəyidir."
◆ İmam Ən-Nəvəvi (Allah ona rəhmət etsin) dedi: "Allah rəsulu ﷺ bunu görüb inkar etmədi və dəstamazı yenidən almağı əmr etmədi."
📚 Bax: المجموع
◇ İbn Həcər (Allah ona rəhmət etsin) dedi: "Ömərin (Allah ondan razı olsun) yaralandığı zaman, qan içində namaz qılması, səhih rəvayətlə nəql olunub."
📚 Bax: الفتح
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Müasir alimlərdən.
◇ Şeyx Əl-Əlbani (Allah ona rəhmət etsin) pozmadığını buyurub və bu rəyi üstün hesab edib. Müsəlmanın qanının təmiz və qanın nəcis olduğuna dair bir səhih dəlil olmadığını bildirib.
◆ Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) əvvəllər bu hədisə əsasən qanın dəstamazı pozur rəyində idi. Sonra isə fikirindən dönüb və qanın istər az və ya çox çıxdığında dəstamazı pozmadığını buyurmuşdur.
📚 Bax: "Fetvalar toplumuna", 11 cild, 140 sual.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Nəticə.
2. Qanın (ön və arxa övrət kanalı istisna olaraq) dəstamazın pozulmasına səhih, mötəbər dəlil olmamasıdır.
3. Qan çox çıxsa, alimlərin ixtilafından çıxmaq və ehtiyat üçün dəstamazı yeniləmək bəyənilir.
✍ Suleyman Cəlil Əl-Azəri (Er-Riyad)
1439/5/20