Mirasın maneələri (9)



Birinci. الرق (Ər-Riq) - Qul.

Məs: meyit (qulun sahibi) və onun tərk etdiyi həyatda qalan qulluqçusu, nökərləri.

   Qula miras düşmür. Çünki, qul nəyi əldə edibsə, hamısı sahibinin mülküdür. Onun sayəsində əldə edib.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

İkinci səbəb. القتل (Əl-Qətl) - Qətl.

   Qətl qəsdən və ya xata olaraq olur. Bu iki növün arasında mirasın vərəsələrinə qarşı hökmü dəyişilməzdir. Qatilə miras payı düşmür.

Məsələn:
- Atanın övladını öldürülməsi. Və ya əksinə.
- Bir nəfərin, digər müsəlman qohumunu onu kafir zənn edərək atəş açıb öldürülməsi.


Qeyd:
1. Qısas və ya hədlə nəticələnən ölüm vərəsilkdən maneə hesab olunmur.

2. Özünü müdafiə etməklə nəticələnən ölüm, vərəsilkdən maneə hesab olunmur.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Üçüncü səbəb. إختلاف الدين (İxtlafuddin) - Din fərqliyi.

Bu səbəbin izahı: Müsəlmanın qeyri-müsəlmana və ya əksinə miras payı düşmür. Bu hədisə əsasən belədir. Allah rəsulu ﷺ dedi:

"Müsəlmanın kafirə, kafirin isə müsəlmana mirası düşmür".
Buxari və Muslim rəvayət edib.

Qeyd:
- Mürtəd kafirin hökmündədir.

- Kafirin, mürtədin, kitab əhlinin tərk etdiyi mülkü-sərvəti yəni mirası, müsəlmanların beytul-malına keçir. Müasir terminlə desək yəni, dövlətin xəzinəsinə keçir.

           ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈