Vərəsəliyin səbəbləri (8)



Alimlər arasında səbəblərin üçü ittifaqlıdır, qalan isə ixtilaflıdır.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

İttifaqlı olan səbəbləri zikr edək:

Birinci səbəb: Ən-Nikah.

Nigah - evlilik. Yəni, ər-arvadın hər ikisi bir-birinim mülkü-sərvətinə sahib çıxmalarıdır.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

İkinci səbəb: Əl-Valə.

Qulun mülkü və sərvəti sahibinə aiddir. Bu vəziyyətdə vərəsəlik məhz bir tərəfdən olur. Yəni sahibin (yəni, seyyidin) qulun sərvətinə sahib çıxmasıdır.

         ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Üçüncü səbəb: Ən-Nəsəb.

Nəsəbi, yəni insanın digər insanların arasında olan qohumluq əlaqələridir. Bu səbəbin üç növü vardır.
           
                   Nəsəbin növləri.

Əlif. Əl-Usul (الأصول) - yəni kökü olan.
Məs: meyitin atası, atasının atası (yəni,  babası) və ondan yuxarı duranlar.
Meyitin anası, ananın anası (yəni, nənəsi) və ondan yuxarı duranlar.

Bə. Əl-Furu' (الفروع) - budaqları.
Məs: meyitin övladları və övladların övladları (yəni, nəvələri və s.)

Cim. Əl-Həvaşi الحواشي - qardaş və qardaş övladları. Əmi və əmi uşaqları.

            ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈