İbn Rəcəb (Allah ona rəhmət etsin) dedi:
"Cüməni (əhkamlarını) qorumaq, cənnətdə "məzid" günü (cümə günü) Allahı görməyə səbəbdir."
O ibn Məsudun (Allah ondan razı olsun) sözünü rəvayət edib dedi:
"Cümələrə tələsin! Cənnət əhli hər cümə günü Allahı görəcəklər. Onlar (dünyada cümə günü) cümələrə tələsdikləri üçün, Ona (cənnətdə cümə günü) yaxın olmaqla bilinəcəklər."
📚 Bax: "فتح الباري"٤/ ٣٢٤
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Uca Allah buyurur:
وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ غَيْرَ بَعِيدٍ
"Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır."
هَٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٍ
"Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Allaha üz tutan, Onun əmrinə riayət edən,"
مَنْ خَشِيَ الرَّحْمَٰنَ بِالْغَيْبِ وَجَاءَ بِقَلْبٍ مُنِيبٍ
"Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür."
ادْخُلُوهَا بِسَلَامٍ ۖ ذَٰلِكَ يَوْمُ الْخُلُودِ
"Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür."
لَهُمْ مَا يَشَاءُونَ فِيهَا وَلَدَيْنَا مَزِيدٌ
"Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı Allahı görmək vardır."
📗 Bax: Qurani Kərim, Qaf surəsi, 31-35 ayələr.