İbn Əl-Qeyyim (Allah ona rəhmət etsin) dedi:
"Gördüm ki, ibn Teymiyyə (Allah ona rəhmət etsin) cüməyə çıxanda yolda gedərkən gizli sədəqə çıxardıb deyərdi:
" أُمرنا بالصدقة بين يدي مناجاة رسوله فالصدقة بين يدي مناجاته أولى ".
"Allah rəsulu ilə gizlicə söhbət etməmişdən öncə, bizə* sədəqə çıxartmaq əmr edilmişdir. Allahla gizli söhbət (yəni, cümə namazında Allahdan diləyəndə) etməmişdən öncə sədəqə vermək daha yaxşıdır".
📚 Zəd-ul-Məəd (1/395)
* Bax: Qurani Kərim, Əl-Mücədələ surəsi, 12 ayə.
_______
Uca Allah buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَاجَيْتُمُ الرَّسُولَ فَقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَةً ۚ ذَٰلِكَ خَيْرٌ لَكُمْ وَأَطْهَرُ ۚ فَإِنْ لَمْ تَجِدُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
"Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Əgər bir şey tapmasanız bilin ki, Allah Bağışlayandır, Rəhmlidir."
📗 Qurani Kərim, Əl-Mucədələ surəsi, 12 ayə.