~ Birinci dərs ~
Məhəmməd Peyğəmbərin ﷺ həyatının öyrənilməsində müsəlmana olan faydalardan bir neçəsini zikr edək:
1. Allah rəsulunun ﷺ həyatı möcüzədir.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
2. Allah rəsulunun ﷺ həyatını oxuyub, düşünmək qəlbə rahatlıq verir, imanı sabit edir.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
3. Qardaşların bir-biri ilə əlaqələri zəiflədikdə - Allah rəsulun ﷺ həyatını oxumağa çox ehtiyac vardır.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
4. Allah rəsulunun ﷺ həyatını oxumaqla, müsəlmanlar arasında qardaşlıq əlaqələri möhkəmlənir.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
5. Allah rəsulun ﷺ həyatında müsəlmana fikhi, tərbiyə, müəmələ, müxtəlif insanlar arasında olan əlaqələrin nə cür qurmasını öyrənməsi üçün nümünə vardır.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
6. Allah rəsulun ﷺ həyatını nəinki adi sıravi müsəlmanlar, habelə dəvətçilər, elm tələbələri və alimlər öyrənməklə faydalanar.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
7. Allah rəsulun ﷺ həyatı həmçinin ailəli olan qardaşlara da bir örnəkdir.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
8. Allah rəsulun ﷺ həyatında müsəlmanın qeyri-müsəlmanlarla əlaqələrini tənzimləməsində gözəl tərbiyə vardır.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
9. Allah rəsulun ﷺ həyatı haqda yazılan kitablar, bəhslər, məqalələr - insanlara İslam şəriətini, nizam-intizamını, düsturunu başa düşmək üçün gözəl bir mənbədir.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈