Vətənini məcburi tərk edən müsəlman, nə etməlidir ?



Vətənini məcburi tərk edən müsəlman, gərək gunahlardan uzaq olsun ki, vətəninə qayıda bilsin.

Uca Allah buyurdu:

وَقَالَ الَّذِينَ كَفَرُوا لِرُسُلِهِمْ لَنُخْرِجَنَّكُمْ مِنْ أَرْضِنَا أَوْ لَتَعُودُنَّ فِي مِلَّتِنَا ۖ فَأَوْحَىٰ إِلَيْهِمْ رَبُّهُمْ لَنُهْلِكَنَّ الظَّالِمِينَ

《Kafir olanlar öz elçilərinə dedilər: “Sizi ya öz torpağımızdan qovacağıq, ya da mütləq dinimizə qayıdacaqsınız!” Rəbbi də onlara belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcək

وَلَنُسْكِنَنَّكُمُ الْأَرْضَ مِنْ بَعْدِهِمْ ۚ ذَٰلِكَ لِمَنْ خَافَ مَقَامِي وَخَافَ وَعِيدِ

və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”.》
(İbrahim surəsi, 13 - 14 ayə)

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

ذَٰلِكَ لِمَنْ خَافَ مَقَامِي وَخَافَ وَعِيدِ

《... bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”.》
(İbrahim surəsi, 14 ayə)

Quranın təfsir alimləri olan İbrahim ən-Nəxa'i (hicrətin 96 ilində vəfat edib) və Mucahid bin Cəbr (hicrətin 104 ilində vəfat edib) - Allah hər iksindən razı olsun, dedilər:

"Bu, o adamdır ki, günah etmək istəyir. Lakin, Allahın qarşısında duracağını yada salıb, günahı tərk edir".

📚Bax: التوبة" لابن أبي الدنيا" - 53