Səlahuddin Əl-Eyyubi




Səlahuddin Əl-Eyyubin 
 (Hicrətin 589 - miladi 1193 ilində vəfat edib)

   Qədim Azərbaycan torpaqları İslam aləminə - Allahın izni ilə - igidlər verib. Onlardan Əbu Əl-Muzəffər Səlahuddin bin Yusuf bin Əyyubini zikr etmək olar. Bu haqda qısa məlumat verək. Tariximizi və igidlərimizi yada salaq. Övladlarımıza və gələcək nəsillərimizə onlar haqqında danışaq.

   Tarixçilər, Əyyubi ailəsinin Azərbaycanın Aran bölgəsində yerləşən Dvin vilayətindən olduğunu ittifaq etmişlər. Səlahuddinin babası ailəni götürüb İraqa səfər edir. Əyyubi ailəsindən olan Şamın xəlifələri Dvindən idilər.
   Ailənin əslinin türk, kürd və ərəb olduğu haqda tarixçilər ixtilaf edib. Səlahuddinin etiqadı - əhli sünnə idi. Bəzi alimlər onun əş'ari əqidəsində olduğunu deyir.

   Hicrətin 532 ilində İraqın Tikrit qalasında, atası Nəcməddin Əyyub ailəsini şəhərdən çıxardığı vaxtda, yəni həmin gecə Səlahuddin anadan olur.
   Qalanı tərk etməyin səbəbi isə, Bağdad vəlisinin tələbi ilə olur. Bağdadda bir sərkardar, müsəlman bir qadının şərəfinə toxunduğu üçün, Şirakuh onu öldürür. Bağdadın vəlisi Nəcməddinin və onun qardaşı Şirakuhun ailələrinə zərər dəyməməsi üçün, intiqam alacaqlarından qorxub, onların qalanı tərk etməsini istəyib. Elə həmin gecə onlar Mosula tərəf səfərə çıxırlar.

   Əbu əl-Muzəffər Səlahuddin bin Yusuf bin Əyyub, Misirin, Şamın, Hicazın, Tihamın, Yəmənin hakimi və Əyyubi dövlətinin banisi idi. O, Misirdə Fatimələr  (Ubeydilər) xilafətinə qarşı mübarizə aparır və Fatimələr süqut edir. Qüdsi xaçpərəstlərin işğalından azad edir.

   Səlahuddin Əl-Eyyubi İslam düşmənlərinə qarşı cihad etsə belə, onlara qarşı bağışlama və insaniyyəti ilə məşhur idi. Bu səbəbdən, indiyədək xristian aləmi və bütün dünya onun adil hakim olduğu üçün, ona hörmət bəsləyir. Səlahuddin Əl-Eyyubi öz şücaəti və cəsurluğu ilə seçilirdi. Onun haqqında nəinki müsəlmanlar, hətta qeyri-müsəlmanlar belə qissələr və şeirlər yazır.
Onun həyatı haqqında daha ətraflı öyrənmək üçün, aşağıdakı kitablara qayıda bilərsiniz.


📚 Bax:

نوادر السلطانية والمحاسن اليوسفية أو سيرة صلاح الدين لابن شداد📗
الوفيات لابن خلكان📗
صلاح الدين الأيوبي لعلي محمد الصلابي📗

✍ Suleyman Cəlil Əl-Azəri (Er-Riyad)
1438 h.

         ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈