┈┉┅━❈▫❈ 1 ❈▫❈━┅┉┈
Quşlar qarışqaları yeyir, öləndə isə, onları qarışqalar yeyir.
Vəziyyət dəyişlənəndir. Ona görə də, heç kimi aşağı hesab etmə !
┈┉┅━❈▫❈ 2 ❈▫❈━┅┉┈
Canavarı zahirinə görə tərifləyirlər, halbuki o, insanlara xətərlidir.
İti isə pisləyirlər, halbuki o, insanları qoruyur.
Bir çox insanlar öz qulluqçularını həqarət edir. Halbuki, qulluqçular onlara hörmət bəsləyir.
┈┉┅━❈▫❈ 3 ❈▫❈━┅┉┈
Oxu - insanı təkmilləşdirir.
Məşvərət - insanı daim hazırlıqlı edir.
Yazı - insan xasiyyətini dəqiq edir.
┈┉┅━❈▫❈ 4 ❈▫❈━┅┉┈
Kim bu dünyada müvəffəqiyyət istəyirsə, onda gərək bəzi üsulların üzərində çalışsın. Çünki, məğlubiyyətin açarları altıdır:
1- Yuxu
2- Haram mal
3- Qorxu
4- Qəzəblənmək
5- Başqasına ümid olmaq
6- Gecikdirmək
┈┉┅━❈▫❈ 5 ❈▫❈━┅┉┈
Bir insan, varlıların qəsrlərinə baxıb dostuna dedi:
"Eh... bunları paylayanda biz hardaydıq ?!!".
Dostu onu aparır xəstəxanaya və deyir:
"Görəsən bunları paylayanda biz hardaydıq ?!!"
Ona görə də, hər zaman və hər bir halına görə Allaha şükür et !
┈┉┅━❈▫❈ 6 ❈▫❈━┅┉┈
Bir məclisdə evli kişi, digər evli kişiyə deyir:
"Qadın ayaqqabı kimidir. Kişi özünə münasib ölçünü tapanda istəsə onu dəyişər, yenisini alar".
Məclisdə oturanlar hamısı bu sözü eşidib, məclisdə iştirak edən müdrik insana üzlərini çevirib dedilər:
"Bu haqda nə deyə bilərsən ?"
Müdrik dedi:
"O tamamilə düz deyir. Özünü ayaq yerinə qoyan, qadınına ayaqqabı kimi baxacaqdır. Qadına tac kimi baxan, özünü kral yerinə qoyacaqdır. Ona görə də, danışana üzülməyin. Onun özünü dəyərləndirməsinə fikir verin".
┈┉┅━❈▫❈ 7 ❈▫❈━┅┉┈
Bədəvi ərəbə dedilər:
"Çörək bir dinar oldu".
O dedi:
"Vallahi, buğdanın dənəsi belə dinar olsun, bu məni narahat etməz. Mən, Allahım mənə əmr etdiyi kimi Ona ibadət edirəm. O isə, vəd etdiyi kimi mənə ruzimi verir".
┈┉┅━❈▫❈ 8 ❈▫❈━┅┉┈
İslam tarixində yuxu yozan altı nəfər var idi. Bu gün isə, yuxu yozan çoxalıb. Yuxularımız artıb. Çünki, biz yatan ümmətik.
┈┉┅━❈▫❈ 9 ❈▫❈━┅┉┈
Xəndək döyüşü zamanı, Allah rəsulu ﷺ qarnını aclıqdan bağlayırdı. Əsrimizdə isə, insanlar arıqlamaq üçün qarnını bağlayır.
┈┉┅━❈▫❈ 10 ❈▫❈━┅┉┈
Bəziləri gözün haqq olmasına daha çox iman ediblər, halbuki onları o gözdən qoruyan ən xeyirli Rəbbləri olan - Allah vardır.
┈┉┅━❈▫❈ 11 ❈▫❈━┅┉┈
Dünya yollarına baxsan, sürəti azaltmaq üçün radarlar qoyulub.
Allaha aparan yollara baxsan, əksinə... Allah: "Cənnətə tələsin" buyurub.
وَسَارِعُوا إِلَىٰ مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ
Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin.
(Əl-İmran surəsi, 133 ayə)