Namazı salam verməklə bitirdikdən sonra "əstəğfirullah" deməzdən əvvəl ucadan təkbir etməyin hökmü.




Namazı salam verməklə bitirdikdən sonra "əstəğfirullah" deməzdən əvvəl ucadan təkbir etməyin hökmü.



حكم الجهر بالتكبير بعد التسليم قبل الاستغفار




Şeyx Abdulmuhsin əl-Abbada belə bir sual verilir:

SUAL: Bəzi tələbələr (namazı bitirərkən) salam verdikdən sonra bir təkbir edir və: "əstəğfirullah, əstəğfirullah, əstəğfirullah" - deyirlər. Onlar dəlil olaraq Buxarinin "Səhih" adlı əsərində İbn Abbasdan rəvayət etdiyi hədisi göstərirlər. Orada deyilir: "Allah Rəsulunun ﷺ sallallahu aleyhi və səlləm namazının bitməsini təkbirlə bilirdik." Bu barədə hansı rəydəsiz?

CAVAB: Salamdan birbaşa sonra təkbir etmək aydın şəkildə deyil. Şübhəsiz ki, namazdan sonra təkbir və təkbir edilməməsi var. Belə ki, bəzi rəvayətlərdə təkbir varid olmayıbdır. Hədisdən məqsəd, Allah Rəsulunun sallallahu aleyhi və səlləm dövründə insanların fərz namazı qıldıqdan sonra səsli zikr edilməsidir. Namazdan sonra təkbir və qeyri təkbir şəklində zikr vardır. Birbaşa təkbir etməsinə gəlincə, Allah Elçisinin sallallahu aleyhi və səlləm salam verdikdən sonra "Allahu əkbər" deməsi barədə bir şey varid olmayıbdır. O yalnız "Əstəğfirullah, əstəğfirullah, əstəğfirullah" deyərdi. İbadətlərdən sonra istiğfar edilməsi varid olub. Necə ki, namaz, həcc barədə gəlmişdir. Yəni, ibadəti etdikdən sonra insanın yol verdiyi nöqsan və çatışmamazlıqlar səbəbi ilə istiğfar edilir.

📚 Şeyx əl-Abbadın "Şərh Sünən Əbu Davud" (1/2) əsərinə bax.

Həmçinin "Fətəva əl-ləcnə əd-dəimə" əsəri 18147-ci fətvanın 4-cü sualında deyilir:

SUAL: Namaz qılanın salamdan sonra üç dəfə əstəğfirullah deməzdən öncə "Allahu əkbər" deməsi şəriətə uyğundurmu? Həmin şəxs, İbn Abbasın radiyallahu ənhu rəvayət etdiyi hədisdəki "təkbir" sözünə əsaslanaraq bunu edir. Hədisdə deyilir: "Mən, Allah Rəsulunun sallallahu aleyhi və səllən namazının bitməsini təkbirlə bilirdim." Buxari və Muslim rəvayət edib. Əgər demək olmazsa, hədisdəki təkbir sözündən qəsd nədir?

CAVAB: Allah Rəsulu sallallahu aleyhi və səlləm namazı salamla bitirdikdən sonra, istiğfar etməyə başlayardı və üç dəfə "əstəğfirullah" deyərdi. Bundan sonra: "Allahummə əntəs-sələm va minkəs-sələm təbarəktə yə zəl-cələli val-ikram" deyərdi. Sonra varid olan digər zikrləri söyləyərdi. Hədisdə qeyd olunan "təkbir" sözü ilə məqsəd, namazdan sonra otuz üç dəfə deyilən: "Sübhənallah, vəlhəmdulilləh, vallahu əkbər" sözləridir. Bu, məsələ ilə bağlı varid olan hədislərin cəm edilməsidir.
Allah müvəffəq edəndir. Sallallahu alə nəbiyyinə Muhəmməd va alihi va sahbihi va səlləm.

📚 Fətəva əl-ləcnə əd-dəimə (31/420).

Həmçinin bax: 📡 https://islamqa.info/ar/217350

Hazırladı: Abu AbdurRahman.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈