İbn Həzmin - Allah ona rəhmət etsin - əxlaqa dair seçilmiş sözlərindən bir neçəsini zikr edək:
- "Dini olmayanın əxlaqı olmaz".
- "Bir saatını hədərsiz keçirən, bir ildə tərbiyə etdiyi nəfsin qazancını itirər".
- "Yalandan daha qəbahətli bir şey yoxdur. Küfr, yalanın növüdür. Yalan - kökdür (yəni əsldir), küfr isə onun budağıdır. Hər küfr yalandır".
- "İnsanların sözlərinə fikir verdim hansı ki, onları heyvanlardan, itlərdən və həşəratlardan fərqləndirən cəhət üç qismə bölünür:
1- Sözünə fikir verməyən, dilinə nə gəldi danışan, sözün həqiqətliyini istəməyən və yalanı inkar etməyən insan. İnsanların əksəriyyəti bu qismidəndir.
2- Haqlı olduğunu zənn edib və onu müdafiə edən, haqqı araşdırmadan, onun batil olduğunu zənn edib ondan uzaqlaşan inadkar insan. Bu növ insanlar birincidən aşağı səviyyədə olsalar belə, az deyil, çoxdur.
3- Sözü lazım olan yerdə istifadə edən insan. Bu cür insan qırmızı kibritdən əzizdir".
Davamını izləyin...
✍🏻 نقله سليمان أبو إبراهيم من كتاب "الأخلاق الفاضلة"
1438/07/19 هـ.