Sələfilərin əxlaqla bağlı söz və əməlləri (3-cü hissə)



- Abdul Jalil bin Əl-Həsən dedi: "Əhməd bin Əl-Mu'zzəl Əbu Asımın məclisində idi. Əbu Asım Əhmədi utandırmaq üçün onu ələ salmaq istədi. Əhməd bin Əl-Mu'zzəl dedi: "Ey Əbu Asım, Allah səni ciddi yaradıb, boş zarafat etmə, həqiqətən də ələ salan cahildir. Allahu Təala buyurub:
﴾Bir zaman Musa öz xalqına dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?”– dedilər. Musa: “Cahil olmaqdan Allaha sığınıram!”– dedi﴿ Ayəni eşidən Abu Asım utandı və sonra o Əhməd bin Əl-Mu'zzəli məclisində daim öz yanında oturdardı.


- Həsən bin Həsənin əmisi oğlu Əli bin Əl-Huseynlə aralarında bir xoşa gəlməz hadisə baş verir. Həsən elə bir söz yoxdur ki, onu ona deməsin. Əli isə sakit durub heç nə demir. Həsən çıxıb gedir. Gecəsi Əli Həsənin yanına gəlib dedi: "Ey əmim oğlu! Bu gün mənim haqqımda söylədiyin doğrudursa, Allah məni əfv etsin. Əgər yalandırsa, Allah səni əfv etsin. Əssələmu aleykum", deyib getmək istəyəndə, Həsən onun qolundan tutub ağladı və peşmançılığını şerlə ifadə etdi".


- Bir nəfər ibn Abbası - Allah ondan razı olsun - söyür. İbn Abbas dedi: "Ey İkrimə, bəlkə bunun bir ehtiyacı var, bizim onu həll etməyimizi istəyir? Adam ibn Abbasın həlim cavabını eşidib, utanaraq başını aşağı salıb dayanır".


- Əli bin Əl-Mədini dedi: "Eşitdim ki, Sufyan dedi: "İbn İyyaş Əl-Məntuf Omar bin Zəri pisləyib söyərdi. Omar onu görüb dedi: "Ey filankəs, söyüşündə həddini aşma, sülh üçün yer qoy, həqiqətən bizə qarşı (pisliyində) Allaha asi olana, (pisliyinin) qarşılığında yaxşılığımızın daha çoxunu edə bilmərik".


✍🏻 نقله سليمان أبو إبراهيم من كتاب "الأخلاق الفاضلة"
1438/7/26 هـ.