"Allah şifa versin!", yoxsa "Allah şəfa versin!" deyək?

 



"Allah şifa versin!", yoxsa "Allah şəfa versin!" deyək


Ərəb dilində "şifa" sözü isimdir. "Şəfa" isə üçlük fe'ldir. Yəni üç hərfdən ibarət olan fe'ldir.

Ərəblər xəstələnən müsəlmana həm isimdən: "Allah şifa versin!", həm fe'ldən: "Allah sənə (ona və s.) şəfa versin!", deyirlər. 

Ərəbcə bu belə səslənir: 

أتمنى لك الشفاء العاجل "Atəmənnə ləkə əş-şifə əl-acil" - "Allahdan sənə acil şifa (və yaxud şəfa) diləyirəm"

və ya: 

شَفَاكَ اللهُ "Şəfaka Allah" - "Allah sənə şəfa versin!"


Azərbaycan dilində isə sadəcə, "şəfa" sözü istifadə edilir. Azərbaycan izahlı luğətinə müraciət edib görmək olar ki, luğətdə ümumiyyətlə "şifa" sözü yoxdur. Lakin "şəfa" vardır. 

Azərbaycan izahlı luğəti:

Şəfa

isim [ərəbcə] Xəstəlikdən qurtarma, sağalma, yaxşılaşma

- Şirin, meyxoş meyvələri; Min bir dərdə şəfa bağlar! Qoynu dolu səfa bağlar! R. Rza. 

- Şəfqət! Nə ülvisən, şəfa səndədir; Ağır xəstələrə dava səndədir. M. Rahim. 

- Şəfa tapmaq (bulmaq) – xəstəlikdən qurtarmaq, sağalmaq. Ol vaxt mənim əhvalım o qədər pis deyil idi və İvanov həkimin davalarını yeyib gündən-günə şəfa tapırdım. C. Məmmədquluzadə. 

- Dedim: «– Əl atmasa həkim bıçağa; Xəstə şəfa tapıb, durmaz ayağa» . M. Rahim.

- Şəfa vermək – sağaltmaq, xəstəlikdən qurtarmaq. Ver şəfa ləbindən, yazığam, mənə; Zəhri-fəraqınla ağulanmışam. Q. Zakir. 

- Ağlar da, için-için edə ah; Bu körpəmə Sən şəfa ver, Allah! A. Şaiq.

- Şəfa evi – bax şəfaxana. Məktəblərə, şəfa evlərinə, yetim evlərinə ciblərindən pul çıxarıb verən üləmadır. C. Məmmədquluzadə. 

- Allah şəfa versinxəstələrə sağalma arzusunu bildirən ifadə. [Xala Yunisə:]

- Gördüm, bala, fağırın [Yaqutun] üzü-gözü çox yanıb, Allah özü şəfa versin. Ə. Məmmədxanlı.

 

 Qeyd etmək lazımdır ki, şəfa sözü ərəb dilində bir neçə fərqli məna kəsb edir;

Məs.: شفا

Şifa - "şi"-n hərfi kəsrə ilə, "fə"-nin üzərində fəthə və sonunda "əlif məmduda" olarsa, bu isimdir. 

Mənası: Sağlamlıq, xəstəliyin getməsi, dərman, ilaç deməkdir.

Cümlədə: "Mən ona acil şifa təmənni edirəm" desəz, ərəb dilində isimdən istifadə etmiş olursuz.


Məs.: شفى

Şafa - "şi"-n və "fə"-nin üzərində fəthə və sonunda "əlif maqsura" olarsa, bu fe'ldir.

Mənası: Təmizləmək, uzaqlaşdırmaq, susuzluğunu söndürmək, sağlamlık.

Cümlədə: "Allah sənə şəfa versin!" desəz, ərəb dilində fe'ldən istifadə etmiş olursuz.


Məs.: شفا

Şifa - "şi"-n və "fə"-nin üzərində fəthə və sonunda "əlif məmduda" olarsa, bu isimdir.

Mənası: Uçurumun kənarında, çox az, və digər mənalar kəsb edir.


 وَٱعۡتَصِمُواْ بِحَبۡلِ ٱللَّهِ جَمِيعٗا وَلَا تَفَرَّقُواْۚ وَٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ كُنتُمۡ أَعۡدَآءٗ فَأَلَّفَ بَيۡنَ قُلُوبِكُمۡ فَأَصۡبَحۡتُم بِنِعۡمَتِهِۦٓ إِخۡوَٰنٗا وَكُنتُمۡ عَلَىٰ شَفَا حُفۡرَةٖ مِّنَ ٱلنَّارِ فَأَنقَذَكُم مِّنۡهَاۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَهۡتَدُونَ 


Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir çuxurun lap kənarında ikən O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola yönələsiniz. ﴿ [Əl-İmran sürəsi, 103]


Xülasə: xəstələnmiş müsəlmana duanızda istər şifa və yaxud şəfa desəz siz sadəcə, isim və yaxud fe'ldən istifadə etmiş olursunuz. Mənası isə sizin niyyətinizə qayıdır. Necə ki, müsəlmana "Salam aleykum" dediz, yoxsa "Saam aleykum". Bununla siz ona ya salamatçılıq, sülh və yaxud xəstəlik, ölüm arzu etmiş oldunuz.


Doğrusunu Allah bilir. 


Türkiye, İstanbul 2022

✍️ Suleyman Celil


Məsdərlər: 

1. Al Ghani Azzahir, AbdulGani 

2. Azərbaycan izahlı lügəti