Ramazan ayı münasibətilə bir-birini təbrik etmək





İbn Rəcəb əl-Hənbəli (795 h. Allah ona rəhmət etsin) "Lətaif əl-Mə'arif" adlı əsərində dedi: "Peyğəmbər ﷺ (Ona Allahın salavatı və salamı olsun), Ramazan ayının gəlişinə görə səhabələrə şad xəbərlər verərdi.
   İmam Əhməd və ən-Nasa'i Əbu Hüreyrədən - Allah ondan razı olsun - rəvayət edirlər ki, Peyğəmbər ﷺ (Ona Allahın salavatı və salamı olsun) səhabələrə bu sözləri deyərdi: "Ramazan ayı gəldi! Mübarək ay! Allah orucunuzu qorusun! Bu ayda cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar və şeytanlar zəncirlənər. Bu ayda min aydan daha xeyirli bir gecə var! Kim ondan məhrum olarsa, həqiqətən də məhrum olmuş olar."

 لطائف المعارف، لابن رجب ص. ١٤٧ 📚

               ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Bəzi alimlər bu hədisi Ramazan ayı münasibətilə bir-birini təbrik etməkdə əsas olaraq götürülər. Cənnət qapılarının açılmasına mömin necə sevinməsin?! Və ya Cəhənnəm qapılarının bağlanmasına günah sahibi necə sevinməsin?!

 ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Şeyx ibn Bazz (Allah ona rəhmət etsin) dedi:

رمضان شهر، عظيم شهر مبارك
Ramazan əzəmətli və mübarək aydır.

يفرح به المسلمون،
Müsəlmanlar onun gəlməsinə sevinir.

وكان النبي ﷺ وأصحابه يفرحون به،
Peyğəmbərimiz ﷺ və onun səhabələri (Allah onlardan razı olsun) Ramazan ayı üçün sevinərdilər.

وكان النبي ﷺ يبشر أصحابه بذلك،
Peyğəmbər ﷺ səhabələrinə bu ayla bağlı şad xəbərlər verərdi.

فإذا فرح به المسلمون واستبشروا به وهنأ بعضهم بعضاً في ذلك فلا حرج في ذلك،
Əgər müsəlmanlar buna görə sevinərək və xeyir xəbər olaraq bir-birlərini təbrik edərlərsə, bunun heç bir eybi yoxdur.

كما فعله السلف الصالح؛
Saleh sələflərin etdiyi kimi.

لأنه شهر عظيم ومبارك،
Çünki əzəmətli və mübarək aydır.

يفرح به لما فيه من تكفير السيئات وحط الخطايا والمسابقة إلى الخيرات في أعمال صالحات أخرى. نعم.
Bu ayda pis və günah işlərin silinməsinə görə sevinilir. Eyni zamanda digər saleh əməllərin və yaxşı işlərin görülməsinə rəqabətdir (müsəlmanlar arasında yarışma ayıdır). Bəli


📡 نور على الدرب / حكم التهنئة بقدوم رمضان / الشيخ ابن باز رحمه الله