Heç kimə fayda verməyən 🍆"Badımcanlar" 🍆



Allah təala buyurur:


إِنَّ ٱللَّهَ لَا یُغَیِّرُ مَا بِقَوۡمٍ حَتَّىٰ یُغَیِّرُوا۟ مَا بِأَنفُسِهِمۡۗ 

﴾ Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz ﴿

📗 Bax: Qurani Kərim, Ar-Rad surəsi, 11 ayə.
                                                                
 ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Osmanlıların dövründə Lubnan hakimi olan əmir Bəşir əş-Şihabi köməkçisinə deyir: "Ürəyim badımcan yemək istədi."

Köməkçisi ona dedi: "Nə? Badımcan?! Allah badımcanı bərəkətli etsin.. Badımcan tərəvəzlərin ən dadlısı və yeməklərin ağasıdır. Ətli və yağsızdır. Onu həm qızardılmış şəkildə, həm pişirərək, həm doldurulmuş və həm də turşuya qoyaraq yemək olar.

Əmir dedi: "Lakin mən bir neçə gün əvvəl badımcan yedim, ondan sonra mədəm ağrıdı!"

Köməkçisi dedi: "Nə? Badımcan?!! Allah badımcana lənət etsin.. Həqiqətən o qara üzlü, mədəyə ağır, kobuddur. Qarnı şişirdir və pis qoxusu olandır."

Əmir köməkçisinə dedi: "Vay olsun sənə! Bir az öncə onu təriflədin, indi də onu pisləyirsən?!"

Köməkçisi dedi: "Ey mənim əmirim! Mən sənin xidmətçinəm, badımcanın deyil! Əgər əmir desə "yaxşıdır", mən də "yaxşıdır" deyəcəyəm. Əmir desə "pisdir", mən də "pisdir" deyəcəyəm.."


 ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

                                                                



Bu "Badımcanlar" millətə xəyanət etməkdən qabaq, hakimə xəyanət edib onu aldadırlar. Bilmək lazımdır ki, bu növ "Badımcanlar" müxtəlif olur: Siyasi "Badımcanlar", idarəçiliklə məşğul olan "Badımcanlar", fetva verən "Badımcanlar", jurnalist "Badımcanlar" və sairə. Onların əsas vəzifələri hakimlə xalq arasında sədd çəkmək və öz mənafelərini güdərək, hakimin qərarlarını insanlara başqa tərzdə təqdim etməkdir.


┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Mövzu ilə əlaqədar, başqa bir tarixi hadisəni qeyd etmək münasib olar.

Bir gün Abbasilər xəlifəsi əl-Mutavakkil ova çıxır. O, ox atdı, lakin quşu vura bilmədi. Bunu görən vəziri ona dedi: "Çox gözəl oldu, ey möminlərin əmiri!"

Əmir ona tərs-tərs baxıb dedi: "Sən mənə lağ edirsən?!"

Vəzir bu sözləri eşidib, titrəyərək dedi: "Ey mənim əmirim! Quşu öldürmədin, fürsət olaraq ona yeni həyat verdin."


┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

"Badımcanların" bildikləri mədəniyyət budur. Onlar həm hakimə zərər verər, həm millətə, həm də ki, vətəni xarabaya döndərərlər. Neçə-neçə ölkələrin xarabaya dönməsinə, xalq içərisində narazılığın mövcud olmasına əsl səbəb onlardır. Ölkə hakimləri məhz onlara görə devrilirdi. "Gəmi batanda" isə, ən birinci qaçanlar da onlardır.

21/04/1441

© Faydalı elm.