"Yalnız təhsil məqsədi ilə qeyri-müsəlman ölkələrinə getməyin hökmü nədir?"
Cavab:
"Kafir ölkələrinə səfər etmək təhlükəlidir və bundan çəkinmək vacibdir. Yalnız qaçılmaz zərurət müstəsnadır. Çünki Peyğəmbər ﷺ (Allahın ona salavatı və salamı olsun) buyurmuşdu: "Mən, müşriklərin arasında yaşayan hər bir müsəlmandan uzağam. (Tirmizi 1604)..."
📚 Bax: Məcmu Fətəva İbn Bəzz (7/291).
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Şeyx Useymin (Allah ona rəhmət etsin) deyir: "Qeyri-müsəlman ölkələrə getmək olmaz. Yalnız üç şərt müstəsnadır:
Birinci şərt: İnsanda şübhələri dəf edəcək elm olsun.
İkinci şərt: Onda şəhvətlərə maneə olacaq edəcək din olsun.
Üçüncü: Buna ehtiyac duysun.
Əgər bu şərtlər tamamlanmazsa, onun qeyri-müsəlman ölkələrə getməsi icazəli deyil. Çünki bunda fitnə və ya fitnə qorxusu var..."
📚 Bax: Məcmu Fətəva əş-şeyx İbn Useymin (6/131-132).
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
"Elmi Çində də olsa belə tələb edin." hədisinə gəlincə, onu İbn Cövzi "əl-Movduat (uydurmalar)" kitabında varid etmişdir. Əş-Şovkani demişdir: "Onu əl-Uqeli və İbn Adiy mərfu olaraq Ənəsdən rəvayət etmişlər. İbn Hibban demişdir: Bu, batil rəvayətdir. Heç bir əsası yoxdur. İsnadında Əbu Atikə var ki, o da munkərul-hədisdir."
Şeyx Albani "Zəif əl-cami" (906) əsərində bu hədisin "movdu" yəni, uydurma, Zəif Silsilədə (416) isə batil olduğunu bildirmişdir.
✍🏻 Əbu AbdurRahman
1439/9/11
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈