Bayram günündən bir iki gün əvvəl təbrik etməyin hökmü nədir?


Bayram günündən bir iki gün əvvəl təbrik etməyin hökmü nədir?



Sual:
Bayram günündən bir iki gün əvvəl təbrik etməyin hökmü nədir?

Cavab: Allaha həmd olsun. Bayramı təbrik etmək mübah işlərdəndir. Bəzi səhabələrdən -Allah onlardan razı olsun- bu barədə rəvayətlər nəql edilmişdir.

İbn Qudamə -Allah ona rəhmət etsin- demişdir: "İbn Aqil bayram təbriki barədə hədislər zikr etmişdir. Onlardan birində Muhamməd ibn Ziyəd demişdir: Peyğəmbərin ﷺ -Ona salavat və salam olsun- Əbu Umamə əl-Bəhili və digər əshabərinin yanında oldum. Onlar bayramdan qayıtdıqda bir-birilərinə: "təqəbbəlallahu minnə və minkum" - deyərdilər. Əhməd demişdir: Əbu Umamənin hədisinin isnadı yaxşıdır (ərəbcə - ceyyid)." Əl-Muğnidən götürülən hissə sona çatdı (2/130).

Səhabələrin etdiklərindən aydın olana və onlardan nəql olunanlara əsasən, bayram təbriki bayram namazından sonra olur. İnsan bununla kifayətlənərsə, yaxşı olar. Bununla da Peyğəmbərin -Ona salavat və salam olsun- səhabələrini nümunə götürmüş olar. Əgər bundan əvvəl təbrik edərsə, zahirən görünən budur ki, in şəə Allah bir problem yoxdur. Çünki bayram təbriki adətlər qapısından sayılır. Adətlərlə bağlı məsələlərdə isə genişlikdir. Belə işlərdə insanlar arasında qəbul olunmuş ürfə qayıdılır.

Əş-Şərvani əş-Şafii -Allah ona rəhmət etsin- demişdir: "Bayram günü sözündən götürülür ki, o -yəni, təbrik- təşrik günlərində (qurban bayramı günündən sonrakı üç gündə - tərc.) və orucluq bayramı günündən sonrakı gündə tələb olunmur. Lakin insanların adətinə görə bu günlərdə təbrik edirlər və buna bir maneə yoxdur. Çünki təbrikdə məqsəd sevgi və sevinci bildirməkdir. Həmçinin bayram günü sözündən götürülür ki, təbrikin vaxtı bayram gecəsindən deyil, xilaf olaraq fəcrdən (sübh girəndən) başlayır. Bu, bəzi haşiyələrdə belədir." Son. Deyilə bilər ki, bu cür bir adət varsa, belə edilməsində də bir problem yoxdur. Çünki qeyd edildiyinə görə təbrikdə məqsəd sevgi və sevinci bildirməkdir. Bayram gecəsi təkbir edilməsinin bəyənilən əməl olması bu rəyi gücləndirir." Havaşi əş-Şərvani alə tuhfətul-muhtəc (2/57).
Allah doğrusunu bilir.

📡 https://islamqa.info/ar/192665

 Əbu Abdurrahman.

             ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈