Cümə günü səcdə surəsinin oxuması.
Cümə günü Fəcr namazında imamın birinci rükətdə əs-Səcdə surəsini oxuması və bu zaman tilavət səcdəsi etməsi, ikinci rükətdə isə, əl-İnsan surəsini oxuması sünnədir.
Şeyx İbn Bəzə (Allah ona rəhmət etsin) sual verilir: "Cümə günü Fəcr namazında Əs-Səcdə surəsini oxumaq və tilavət səcdəsini etmək sünnədirmi? Əgər sünnədirsə, bunu davamiyyətli etmək olarmı?"
Cavab: "Cümə günü Fəcr namazında imamın birinci rükətdə əs-Səcdə surəsini oxuması və bu zaman tilavət səcdəsi etməsi, ikinci rükətdə isə, əl-İnsan surəsini oxuması sünnədir. Bunu İki Şeyx (yəni, Buxari və Muslim) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişlər. Muslim onu İbn Abbasın (Allah onların hər ikisindən razı olsun) nəql etdiyi hədis olaraq danışmışdır. Ət-Təbərani isə onu İbn Məsudun (Allah ondan razı olsun) yolu ilə rəvayət etmişdir. İbn Məsud danışdığı hədisdə bunları əlavə olaraq demişdir: "Peyğəmbər ﷺ (Ona Allahın salavatı və salamı olsun) bunu davamiyyətli şəkildə edərdi." Yəni, qeyd edilən iki surəni davamiyyətli şəkildə oxuyardı. Sünnə davamlı etməkdi."
📚 Bax: 📡 https://www.binbaz.org.sa/fatawa/1336
✍ Əbu AbdurRahman.
1439 h.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈