Sual: Qüsl aldıqdan və ihramı geyindikdən sonra ətirlənmək niyyəti ilə bədənimə ətirli krem sürtdüm. Mən nə etməliyəm?
Cavab: Əlhəmdulilləh. İhram zamanı yəni, qüsl aldıqdan sonra və ihram niyyətini etdikdən öncə, başa və bədənə ətir vurmaq sünnədir. Çünki Peyğəmbər ﷺ (Ona Allahın salavatı və salamı olsun) ihramı üçün ətirlənmişdir. Aişə (Allah ondan razı olsun) demişdir:
«Mən, tapdığım ən gözəl ətiri Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) vurardım. Hətta başında və saqqalında onun parıltısını görərdim» (1)
Hədisdəki "vabis" sözünün mənası, ehramda olan Peyğəmbərin ﷺ (Ona Allahın salavatı və salamı olsun) saçının tağ ayrılan yerlərində görünən müşkün bərqi, parıltısıdır.
Əgər qüsldən sonra və ihrama niyyət etdikdən və mərasimə daxil olmazdan öncə bədəninə krem sürtmüsənsə, hətta ihram paltarını geyinmiş olsan belə, üzərində bir öhdəçilək yoxdur.
Qadağan olunan, ihram niyyəti etdikdən sonra ətir vurmaqdı.
Lakin bunun ihramda qadağan olduğunu bilmədən və ya unudaraq etmisənsə, yenə də üzərində bir öhdəçilik yoxdur. Sən yalnız ətiri bacardığın qədər təmizləməlisən (yəni, yumaqla, silməklə və sairə vasitələrlə aradan qaldırmalısan).
Şeyx İbn əl-Useymin (Allah ona rəhmət etsin) demişdir:
"Əgər ihramda qadağan olunan əməllərdən hər hansı birini unudaraq və ya bilməyərək edərsə, üzərində bir öhdəçilik yoxdur. Lakin ona vacibdir ki, üzrlü səbəbdən yol verdiyi həmin o qadağanı aradan qaldırsın." (2)
Lakin kremi ihrama niyyət etdikdən və mərasimə daxil olduqdan sonra, qadağasını bilərək sürtsən, fidyə vermən lazımdır. Bu da seçimlə olur. Ya bir qoyun kəsməli, ya altı miskini, hər birinə yarım saa ayırmaqla yedirtməli, ya da üç gün oruc tutmalısan. Çünki Allah təalə buyurur:
﴾...Qurbanlıq öz yerinə çatıncaya qədər başınızı qırxdırmayın. Əgər sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir.﴿ (3), (4)
İhram paltarlarına ətir vurulmasına gəlincə, bu icazəli deyil. İstər bu ihramdan əvvəl, istərsə də sonra edilsin. Çünki Peyğəmbər ﷺ (Ona Allahın salavatı və salamı olsun) ihramda olan adama ətir vurulmuş paltar geyinməsini qadağan etmişdir. Şeyx İbn əl-Useyminə ihram paltarlarına ətir vurmaq barədə sual verildikdə o demişdir:
"İcazəli deyil. Çünki Peyğəmbər ﷺ (Ona Allahın salavatı və salamı olsun) buyurmuşdur:
«Zəfəran və sarı ağac (varas) sürtülən paltarı geyinməyin.» (5), (6)
_______
(1) Buxari (5923).
(2) "Fətəva ərkənil-İsləm" (536).
(3) Qurani Kərim, Əl-Bəqərə surəsi, 196 ayə.
(4) "Məcmu fətəva İbn Useymin" (22/110).
(5) "Məcmu əl-fətəva libni Useymin" (9/22).
(6) https://islamqa.info/ar/194704_
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈