Qardaşları bir-birinə sevdirmək olarmı?



Qardaşları bir-birinə sevdirmək - Allahın bizə verdiyi hədiyyədir. Bu xəzinənin qiyməti yoxdur. Hətta insan dünyanın bütün xəzinələrinin bütövlükdə qiymətini versə belə, onu almaq mümkün deyil.

Uca Allah buyurur:

لَوْ أَنْفَقْتَ مَا فِي الْأَرْضِ جَمِيعًا مَا أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ وَلَٰكِنَّ اللَّهَ أَلَّفَ بَيْنَهُمْ ۚ إِنَّهُ عَزِيزٌ حَكِيمٌ

﴾ Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir. ﴿

يَا أَيُّهَا النَّبِيُّ حَسْبُكَ اللَّهُ وَمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ

﴾ Ey Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə Allah kifayət edər ﴿

📗 Bax: Qurani Kərim, əl-Ənfəl surəsi, 63-64 ayələr.