Yuxudan qabaq edilən dualar (zikirlər) çoxdur. Hətta Ən-Nəvəvi (Allah ondan razı olsun) demişdir ki:
"Bil ki, bu məsələdə bir çox hədis və əsərlər rəvayət edilib. Sənə zikr etdiyimiz isə kifayətdir. Təbii ki, onu etməyə Allah sənə müvəffəqiyyət yazıbsa. Bir çoxunu insanların tənbəllik etdikəri üçün zikr etmədim. Şəkk yoxdur ki, bunların hamısını etmək əfzəldir. Gücün çatanı et!"
📚 Bax: الأذكار
Mən isə, (yəni Suleyman) sizə hələlik birini zikr edim. Onu tətbiq edin, sonra Allah rəsulundan ﷺ yatmamışdan öncə səhih rəvayətlə nəql olunan digər duaları öyrədim inşəAllah.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Deməli.
1. Yuxuya getməmişdən öncə dəstamazlı olmaq bəyənilir.
2. Yatağının üstünü (özünün və övladlarının) paltarın ətəyi ilə təmizləyirsən.
~ Birinci zikr ~
3. Sonra Ayətül kürsünü oxuyursan.
اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ ۚ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ۚ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ ۖ وَلَا يَئُودُهُ حِفْظُهُمَا ۚ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ
Transkripsiyası:
[ Allahu ləə iləhə illə huvəl heyyul qayyum, ləə tə xuzuhu sinatun və ləə nəum, ləhu məə fis səməvəti və məə fil ard, mən zəlləzi yəşfə'u 'indəhu illə biiznihi yə'ləmu məə beynə əydiyhim və məə xalfəhum və ləə yuhiytunə bişey-in min 'ilmihi illə biməə şəə vasi'ə kursiyyuhus səməvəti vəl ard və ləə yauduhu hifzuhuməə və huvə əl-'aliyul 'azım ]
Qeyd: apostrof olan yerdə ( ع ) boğaz hərfidir. Çalış hərfi düzgün izhar et.
《Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.》
Əl-Bəqərə sürəsi, 255 ayə.
Hələlik bunu əzbərləyib tətbiq et. Sonra xəbər et, digər zikirlərə keçək inşəAllah.
والله أعلم