Etiqadla tövhidin tərifi və onların arasında olan əlaqə.
Etiqad (və yaxud Əqidə) lüğətdə: nə isə bağlamaq, nə isə təsdiqləmək, nə isə möhkəm etmək, nədəsə yəqin olmaq, nəyəsə bağlı olmaq, nə isə qorumaq, nədəsə sabit olmaq, nədəsə qərarlı olmaq, nə isə qəsd etmək - deməkdir.
Ərəb dilində deyirlər:
"Abdullah ayaqqabısının bağını möhkəm bağladı".
"Etiqad" kəlməsinin lüğəti mənası Qurani Kərimdə iki sürədə zikr edilib. Əl-Bəqərə sürəsində " 'uqdətul yəmin" (عقدة اليمين) və Əl-Məidə sürəsində "uqdətun nikəh" (عقدة النكاح).
Uca Allah buyurur:
"...وَلَا تَعْزِمُوا عُقْدَةَ النِّكَاحِ حَتَّىٰ يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ ۚ ..." الآية
"... Gözləmə vaxtı başa çatmayıncaya qədər nikah etmək qərarına gəlməyin..."
📗 Bax: Əl-Bəqərə surəsi, 235 ayə.
Uca Allah buyurur:
"لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَٰكِنْ يُؤَاخِذُكُمْ بِمَا عَقَّدْتُمُ الْأَيْمَانَ..." الآية
"Allah, sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır..."
📗 Bax: Qurani Kərim, Əl-Məidə surəsi, 89 ayə.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
◆ Etiqad - özündə şəkk, şübhə qəbul etməyən bir əsasdır.
◇ Dində qəsd olunan etiqad, özündə "əməli" (praktiki) deyil, "inam"-ı qəsd edir.
Misal olaraq: insanın Allahın mövcud olmasına etiqadı. Elçilərin göndərilməsinə etiqadı. Mələklərin, cinlərin və şeytanların mövcud olduğuna etiqadı. Qiyamət gününə etiqadı (yəni inanması). Bunlara əməl deyilmir. Bunlar əməli yaradan, əməli gətirən amillərdir.
◆ Xülasə olaraq, "Etiqad" (və yaxud əqidə) - insanın qəlbinin bir şeyə möhkəm bağlılığına, istər o haqq, istərsə də batil olsun deyilir.
والله أعلم
✍🏻 Suleyman Cəlil
1439-5-22