İslam əqidəsi (və yaxud etiqad):
1. Allahın rübubiyyətinə, uluhiyyətinə, ad və sifətlərinə iman etmək.
2. Allahın yaratdığı mələklərinə.
3. Nazil etdiyi kitablarına.
4. Göndərdiyi elçilərinə.
5. Qiyamət gününə.
6. Qədərin xeyir və şərinə.
7. Qeyb məsələlərinə iman etmək.
8. Dinin üsullarını qəbul etmək.
9. İlk müsəlmanların (yəni, ilk üç əsrdə yaşayan müsəlmanlara - Peyğəmbərin ﷺ , səhabə və tabeinlərin رضي الله عنهم zamanına deyilir. Qısa olaraq buna - sələf-saleh dövrü deyilir) icma (ittifaq) etdiyi dini əhkamları qəbul etmək.
10. Allah عز وجل və Rəsulun ﷺ əmr və qadağalarına təslim və itaət etmək.
11. Allah عز وجل və Rəsulun ﷺ verdiyi hökmlərə təslim və tabe olmaq.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Ümumiyyətlə, «İslam etiqadı», «İslam əqidəsi» dedikdə - ilk müsəlmanların etiqadı, yəni sələf-saleh nəzərdə tutulur, çünki:
1. Uca Allah məhz bu etiqadı insanlardan din olaraq qəbul edir və onlardan razı qalır.
Allah Tə'alə buyurur:
إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلَامُ ۗ الآية
«Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır!»
📗 Bax: Qurani Kərim, Əl-İmran sürəsi, 19 ayə.
2. Məhz bu əqidə ilk üç əfzəl əsrin zamanında olmuşdur. Hansı ki, Allah rəsulu ﷺ onlara təbliğ etmiş, çatdırmış və səhabə, tabeinlər رضي الله عنهم onu özlərinə əsas götürüb yaşamış və gələcək nəsillərə nəql etmişdilər.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈