Abdul Əziz Əl-Hərbi (Allah ondan razı olsun) "Təfsir və lüğətlə bağlı fetvalar" adlı kitabında uşaqlıq dövrünü belə yada salır:
"Mədrəsədə Qurani Kərimi öyrənəndə, tələbələr Quranla bağlı suallar verərdilər:
- Nəyə görə "fə" hərfi ilə adlanan Fatihə sürəsində "fə" hərfi yoxdur?
- Kəusər sürəsində "mim" hərfi yoxdur.
- İxlas sürəsində "ra" hərfi yoxdur.
- Üç ardıcıl olan surələr Əl-Qəmər, Ər-Rahman və Əl-Vəqiə yarım cüz edir və heç birisində Allahın adı zikr olunmur.
- Üç sürədə Əl-Qəmər, Əl-'Asr, və Əl-Kəusər bütün ayələrin sonu "ra" hərfi ilə bitir.
- Əl-Müzəmmil sürəsinin bir ayəsində yeddi dəfə Allahın adı zikr olunur.
- Quranda olan təkcə 60-cı hizbdə (parçada) surələrin sayı 28-dir.
- Təkcə Ər-Rahman sürəsi Allahın adı ilə başlayır.
- Təkcə Əl-İnfitar sürəsi Allahın adı ilə bitir, Allah ﷻ buyurur:
يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِنَفْسٍ شَيْئًا ۖ وَالْأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ
«O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!»
📗 Bax: Qurani Kərim, Əl-İnfitar sürəsi, 19 ayə.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈