İnsanların qarşısında deyil, Allahın dərgahında qiymətin nədir?!
İbrahimə (aleyhis-sələm) insanlar "bir gəncdir" -deyərək, dəyər verdilər.
قَالُوا سَمِعْنَا فَتًى يَذْكُرُهُمْ يُقَالُ لَهُ إِبْرَاهِيمُ
«(Müşriklərdən) Bəziləri: “İbrahim deyilən bir gəncin onları (bütləri) pislədiyini eşitmişik”– dedilər.»
📗 Bax: Qurani Kərim, Əl-Ənbiyə sürəsi, 60 ayə.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Allah Sübhənəhu və Tə'alə isə İbrahimi müti, imam, rəhbər olaraq dəyərləndirdi.
«Həqiqətən, İbrahim Allaha müti, (imam) hənif bir rəhbər idi. O, müşriklərdən deyildi.»
📗 Bax: Qurani Kərim, Ən-Nəhl sürəsi, 120 ayə.
Əsas sənə insanların verdiyi qiymət deyil, Allahın dərgahında verilən qiymətdir!
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈