Xəstə qəlb




قال ابن حجر الهيتمي:

"وأما كبائر الباطن فيجب على المكلف معرفتها ليعالج زوالها لأن من كان في قلبه مرض منها لم يلق الله والعياذ بالله بقلب سليم، ومن الأمراض التي تعتوره وتعرتيه الكفر والعياذ بالله والنفاق والكبر والفخر والخلاء والحسد والغل والحقد والبغي والغضب لغير الله والغيظ لغير الله والرياء والسمعة... وأمثال هذه يذم العبد عليها أعظم مما يذم على الزنا والسرقة وشرب الخمر ونحوها من كبائر البدن".

📚 انظر: الزواجر عن اقتراف الكبائر 1/148

           ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

   İbn Həcər əl-Heytəmi hicrətin 974 ilində vəfat edib (rahiməhullah) demişdir:

"Batinin (yəni, qəlbin) böyük günahlarına gəlincə, üzərinə (Allahın əmr və qadağalarına riayət etməsi) mükəlləfiyyəti qoyulan insanın bunları bilməsi ona vacib sayılır. Bu yolla o, daxilindəki böyük günahlarının silinməsi üçün tədavi apara bilər. Belə ki, qəlbində bu xəstəliklərdən birini daşıyan insan, Allahla salamat qəlblə qarşılaşa bilməz. (Bu vəziyyətə düşməkdən) Allaha sığınırıq. Qəlbin yoluxduğu və onu yaralayan  xəstəliklərdən, Allaha sığınırıq, küfr, nifaq, təkəbbürlük, özünü öymək, lovğalıq, həsəd, kin-küdurət,  nifrət, haqsızlıq etmək, Allahdan qeyrisi üçün qəzəblənmək, Allahdan başqası üçün əsəbləşmək, əməl və sözdə riyakarlıq...
 
    Qulun (daxilində) bu kimi oxşar işlərə yol verməsi, onun (zahirində) zina, oğurluq, içki içmək və digər əməllərə yol verməsindən daha böyük qınağa səbəb olacaqdır."

📚 Bax: "əz-Zəvacir an iqtirafil-kəbəir" 1/148.