Asilik iki növdür
قال ابن القيم:
"المعصية نوعان كبائر وصغائر فالكبائر كالرياء والعجب والكرب والفخر والخلاء والقنوط من رحمة الله واليأس من روح الله والأمن من مكر الله والفرح والسرور بأذى المسلمين والشامتة بمصيبتهم ومحبة أن تشيع الفاحشة فيهم وحسدهم على ما آتاهم الله من فضله وتمنى زوال ذلك عنهم وتوابع هذه الأمور التي هي أشد تحريما من الزنا وشرب الخمر وغيرهما من الكبائر الظاهرة ولا صلاح للقلب ولا للجسد
إلا باجتنابها والتوبة منها وإلا فهو قلب فاسد وإذا فسد القلب فسد البدن".
"مدارج السالكين 1/113"
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
İbn Qeyyim (rahiməhullah) demişdir:
"Asilik iki növdür: Böyük günahlar və kiçik günahlar. Böyük günahlar, məsələn, riyakarlıq, özünü bəyənmək, təkəbbürlük, öyünmək, lovğalıq, Allahın mərhəmətindən əlini üzmək, Allahın ruhundan ümidini kəsmək, Allahın məkrindən arxayın olmaq, müsəlmanların əziyyətlərinə fərəh və sevinc hissi keçirmək, müsibətlərində onları təhqir etmək, onların arasında pis işlərin yayılmasını istəmək, Allahın Öz lütfündən onlara verdiklərinə həsəd aparmaq və getməsini arzulamaq və digər oxşar işlərdir. Bunlar, zina etmək, içki içmək və başqa zahiri böyük günahlardan daha şiddətli haramlıq hökmü daşıyır. Qəlb və bədən yalnız onlardan uzaq dayanmaqla və onlara tövbə etməklə islah ola bilər. Əks halda o, xarab qəlb sayılar. Qəlb də xarab olarsa, bədən də xarab olar."
Bax: "Mədəricus-səlikin" 1/113.