Sələflərin cümə vaxtını qiymətləndirməsi
- Sələflərdən biri dedi:
"Kim cümə gününü yaxşı keçirərsə, gələcək həftəsi də yaxşı olar".
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
- Salehlərdən biri dedi:
"Elə olmayıb ki, cümə günü əsrlə məğrib arası dua edim, duam qəbul olunmasın, hətta buna görə Allahdan utandım".
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
- Taus bin Kiysən (Allah ona rəhmət etsin) cümə günü əsr namazını qılandan sonra qibləyə tərəf dönüb günəş batana qədər heç kimlə söhbət etməzdi.
(Yəni dua edərdi)
Bax: "Tarixul Avsat".
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
- Əl-Mufaddal bin Fadalə (Allah ona rəhmət etsin) cümə günü əsr namazını qılandan sonra məscidin bir tərəfinə çəkilib tək oturub günəş batana qədər dua edərdi.
Bax: "Əxbarul Quda".
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
- Səid bin Cubeyr (Allah ona rəhmət etsin) əsr namazını qılandan sonra heç kimlə danışmadan günəş batana qədər dua edərdi.
Bax: "Zədul Məad"