Allah sənə hidayət versin!
Allah səni islah etsin!
Allah səni əfv etsin!
Allahdan qorx!
Allah günahlarını bağışlasın!
Bu gözəl duaları birinə deyəndə "Amin. Allah səndən razı olsun" cavabın əvəzinə: "Allah səni də əfv etsin", "Özün Allahdan qorx!" sərt səsli (yəni kobud şəkildə) cavab eşidirik.
Bu kimi gözəl duaları bizə deyəndə biz bunu pis qarşılayırıq. Sanki bizi söydülər. Bu gözəl sözlər ağır söyüşlər kimi qəbul edilir. Bunun səbəbini düşünməyə dəyməzmi?!
Nəyə görə biz asqıranda bizə - "Allah sənə rəhm etsin!" deyənə: "Allah sənə hidayət versin və işlərini asanlaşdırsın" dedikdə o, bunu gözəl dua kimi qəbul edir.
Məncə bu acınacaqlı durum iki səbəbə qayıdır:
Birinci: Biri günah iş gördükdə ona bu sözləri deyən adamın qabağında özünü günahı etməmiş kimi göstərməklə onu rədd etməsidir.
İkinci səbəb: Ona o sözləri dedikdə, özü haqqında yəqin pis iş görüb zənn etməsi və özünü təmizə çıxartmaq üçün onu o cür sərt qarşılamasıdır.
Deməli, bu məsələ insanın özünə, təbii xarakterinə və əxlaqına qayıdır. Sən bunu sərt deyil, əksinə mülayim qəbul etməyə öyrənməlisən. Sevin ki, sənin qardaşın sənə bu duanı edir.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Mən Türkiyədə olanda hər hansı bir adama "Allah sənə hidayət versin!", "Allah səni əfv etsin!" -dedikdə gözəl şəkildə: "Allah razı olsun hocam!" cavabını eşitdik.
İordaniyada olanda isə, bu gözəl duaları kiməsə deyəndə, həmin adamlar əlini saqqalıma uzadaraq əl vurub və sonra əlini ağızlarına aparıb öpüb: "Cəzzakallahu xeyran", (Allah səni xeyirlə mükafatlandırsın) deyirdilər.
Səudiyyə Ərəbistanında isə, bu dualara görə alnımdan öpüb eyni dualar edirlər.
İnanıram ki, bu gözəl əxlaq bütün ərəb və müsəlman ölkələrində mövcuddur. Bəs bizdə niyə olmasın?!
Bizdə niyə bu sərt qarşılanır?!
Görəsən bunun səbəbi islamın bizdə yeni təbliğ olunmasıdırmı?!
Axı Azərbaycanda islam artıq 25 ilə yaxındır ki, təbliğ olunur. Bəs nəyə görə indiyədək bu gözəl dualar mən avamları demirəm, namaz qılan qardaşlar tərəfindən bu günə qədər sərt qarşılanır?!
Bu haqda danışılmayıbmı?! İnsanlara çatdırılmayıbmı?! Təbliğ olunmayıbmı?!
Cavab: hamısı da təbliğ olunub, deyilib və çatdırılıb.
Onda nəyə görə yenə də sərt qarşılanır? Niyə qəlbinə bu kimi gözəl duanın daxil olmasına yol vermirsən?
Cavab: Çünki insanlar özlərini tərbiyə etmək istəmirlər. İnsanlar dinlərini qorumaq, özlərinə əziyyət verib dinlərini öyrənmək istəmirlər. İnsanlar nəfslərini idarə etməyə çalışmırlar.
Bəs onda hansı irəliləyişdən danışırsız?! Hansı müsəlmançılıqdan bəhs edirsiniz?!
Uca Allah buyurur:
لَهُ مُعَقِّبَاتٌ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ يَحْفَظُونَهُ مِنْ أَمْرِ اللَّهِ ۗ إِنَّ اللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا مَا بِأَنْفُسِهِمْ ۗ وَإِذَا أَرَادَ اللَّهُ بِقَوْمٍ سُوءًا فَلَا مَرَدَّ لَهُ ۚ وَمَا لَهُمْ مِنْ دُونِهِ مِنْ وَالٍ
《Allahın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz. Əgər Allah hər hansı bir qövmə pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz. Onların Ondan başqa ixtiyar sahibi yoxdur.》
📚 Bax: Qurani Kərim, Ər-Rad surəsi, 11 ayə.
Bəlkə artıq özümüzü tərbiyə edək? Səbr etməyi öyrənək. Nəfslərimizi idarə etməyi öyrənək. Bu kimi gözəl sözləri adi sözlər deyil, "dua" olaraq qəbul etməyin zamanıdır. Bəlkə qardaşın sənə etdiyi dua müstəcəbdır və onun dediyi bu söz qəlbinə təsir edib onu yumşaldar.
Sələfilərin zamanında birisinə deyəndə ki: "Allahdan qorx!" bu sözlərdən o, titrəyib ağlayardı, hətta əlində olan əşya yerə düşərdi.
الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَالصَّابِرِينَ عَلَىٰ مَا أَصَابَهُمْ وَالْمُقِيمِي الصَّلَاةِ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
《o kəslərə ki, Allah anıldığı zaman qəlbi qorxuya düşər, başına gələnə səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər.》
📚 Bax: Qurani Kərim, Həcc surəsi, 35 ayə.
Uca Allah buyurur:
وَإِذَا قِيلَ لَهُ اتَّقِ اللَّهَ أَخَذَتْهُ الْعِزَّةُ بِالْإِثْمِ ۚ فَحَسْبُهُ جَهَنَّمُ ۚ وَلَبِئْسَ الْمِهَادُ
《Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!》
📚 Bax: Qurani Kərim, Əl-Bəqərə surəsi, 206 ayə.
Abdullah ibn Mə'sud - Allah ondan razı olsun demişdir:
"Allah qatında böyük günahlardan biri, birisinə: "Allahdan qorx!" dedikdə, onun: "Özün qorx!" cavab qaytarmasıdır."
Rəvayət olunur ki, Ömər ibn Əl-Xəttaba - Allah ondan razı olsun, deyəndə ki: "Allahdan qorx!" o, yanağını yerə qoyub Allaha bu cür təvazökarlığını göstərərdi.
📚 Bax: "Təfsir Əl-Bəğəvi".
Bu qədər.
والله أعلم
✍🏻 سليمان جليل أبو إبراهيم الأذري
1439/5/1 ه