Şeyx əl-Useymin (rahiməhullah) təvaf üçün dəstəmazın vacib olmaması rəyini üstün saymış və bunu İbn Teymiyənin görüşü olduğunu bildirmişdi. Lakin bununla yanaşı daha üstünü və ehtiyatlısı dəstəmazlı fəvaf edilməsini demişdir.
📚 Bax: Məcmu fətəva İbn Useymin 22/361 "
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Amma əksər alimlər dəstəmaz təvaf üçün şərt saymışlar. Onlar təvaf əsnasında dəstəmazı pozulan adamın gedib dəstəmaz aldıqdan sonra qaldığı yerdən yoxsa yenidən başlayaraq təvaf etməsində ixtilaf etmişlər. Hənəfilər və Şəfiilər təvafının qalan hissəsindən başlayır demişlər. Məlikilər və Hənbəlilər isə əvvəldən. başlayır demişlər.
📚 Bax: Movsuatu əl-fiqhiyyə" 29/131.