Şeyx İbn Bəzə (Allah ona rəhmət etsin) sual verilir:
"Oruc tutandan çıxan qanın məsələn, burnundan qan açılması və bu kimi digər halların hökmü nədir? Həmçinin oruc tutan qanını kiməsə verə bilərmi və ya ondan analiz üçün qan götürülə bilərmi?"
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Cavab: "Oruc tutan adamdan qan çıxması məsələn, burnundan qan açılması, istihadə halı (qadından daimi heyz olmayan qanın gəlməsi) və sairə orucu pozmur. Orucu yalnız heyz, nifas və hicamə (qan aldırma) pozur. Oruclu adamın ehtiyac olarsa qan analizi verməsində bir problem yoxdu. Bununla onun orucu pozulmaz. Amma kiməsə qan verməyə gəlincə daha ehtiyatlısı bunu iftardan sonraya saxlamaqdı. Çünki əksər hallarda çox qan verilir ki bu da hicamaya oxşayır. Allah müvəffəq edəndir."
📚 Bax: Tuhfətul-ixvan səh. 180. Məcmu fətava İbn Bəzz 15/273