Sağ ayağı yuyub xüfü geyindikdən sonra solu yuyub geyinmək olarmı?



Şeyx Useymin (rahiməhullah) "Şərhul-mumti" (1/248) əsərində deyir ki,  (hənbəli) məzhəbin məşhur görüşünə görə sağ ayağı yuyub xüfü geyindikdən sonra solu yuyub geyinmək olmaz. Çünki hədisdə: "Mən onların ikisini təharətli geyindim" -buyurulur.

   Lakin şeyxulislam İbn Teymiyyə (rahiməhullah) sağ ayağı yuyub xüfü geyindikdən sonra solu yuyub geyinməyi icazəli sayıb.

📚 Bax: (Məcmu fətəva 21/209, 210 və Əl-İxtiyarat səh. 14).

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

   Şeyx Useymin sonda deyir ki,  biz (İbn Teymiyyənin görüşü ilə əməl edənə yəni) sağı yuyub xüfü geyinənə sonra solu yuyub geyinənə demirik ki,  namazı və ya dəstəmazı təzədən al. Lakin belə etməyənə əmr edirik ki,  ehtiyat qapısından belə etməsin"
الله أعلم

📚 Bax: "Şərhul-mumti" (1/248).