Oruc tutan diş ağrısına qarşı mixəkdən istifadə etdikdə orucu pozulurmu?



Oruc tutan diş ağrısına qarşı mixəkdən istifadə etdikdə orucu pozulurmu?


SUAL: "Həkimə gedənə qədər dişimə mixəyi qoyuram. Bu,  Ramazanda orucumu pozurmu? Mən mixəkdən heç nəyi udmuram."

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

CAVAB: "Qeyd etdiyindən heç nəyi udmursansa,  orucun səhihdir. Çünki mixək ətirlərdəndi. Ətir qoxusu isə,  buxursuz olarsa orucu pozmur. Əl-Ədəvi "Şərh əl-Xəraşi əl-Məliki" kitabına yazdığı haşiyədə demişdir: "Bundan belə başa düşülür ki,  buxur olmayan müşk,  ənbər kimi iylər və digər gözəl qoxusu olanlar orucu pozmur. Bu,  ittifaqla belədir."


📡Bax: www.fatwa.islamweb.net (68797-ci fətva.)