Pis insanlarla bir yerdə olma !



Taleh (yəni, pis) insanlarla bir yerdə olmaq - müvəffəqiyyətdən məhrum olmaq deməkdir.

Hicrətin 463-cü ilində vəfat etmiş İbn Abdul-Bərr -Allah ona rəhmət etsin demişdir:

"والذي عندي أن من خُشي من مجالسته ومكالمته الضرر في الدين أو في الدنيا ، والزيادة في العداوة والبغضاء

"Bildiyimə əsasən, o adamla ki, onunla oturmaq və söhbət etmək dininə və dünyana zərər vuracağından və sənə bəslədiyi düşmənçiliyinin və nifrətinin artırmasından qorxursan -

فهجرانه والبعد عنه خير من قربه لأنه يحفظ عليك زلاتك ، ويماريك في صوابك ،

onu hicr (tərk) etmək və ondan uzaqlaşmaq, ona yaxınlaşmaqdan daha xeyirlidir. Çünki, o sənin səhvlərini yadda saxlayır. Sənin düz qərarlar verdiyin zaman isə, səni şübhəyə salır.

ولا تسلم من سوء عاقبة خلطته ،

Onunla olduğun müddətcə özünü pis sonluqdan qoruya bilməzsən.

ورُب صرم جميل خير من مخالطة مؤذية !".

Bəzən gözəl şəkildə ayrılmaq, əziyyət verən ünsiyyətdən daha yaxşıdır ! ".

📚 Bax: ﺍﻻﺳﺘﺬﻛﺎﺭ (٢٦/١٤٩)