Bir qardaşa nəsihət



Bir qardaşın 35 yaşı var. Bir neçə övlad atasıdır. Valideynləri dünyasını dəyişib.

Abdullah qardaş, sənə nəsihət.

Ömrünün ilk yarısı artıq keçib. Onu necə və nə cür keçirtmisən, Allahdan və sonra səndən başqa heç kim yaxşı bilməz.
 
Qaldı ömrünün ikinci yarısı və ya ondan da daha az. Allah ömrünü bərəkətli etsin. Xeyirli işlər ömrünün ikinci hissəsində daha çox olsun. Amin.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

İndi...
Məsləhət edərdim ki, əgər bu dünyanı salamat müsəlman kimi sən və ailən tərk etmək istəyirsinizsə, bu iki şeyi unutma:

1- Allahdan daim özünə və ailənə dinində sabitlik dilə. De: "Allahım məni və ailəmi dinimizdə sabit et. Bu dünyanı müsəlman kimi tərk etməyi bizə nəsib et".

            ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

2- Çalış,
- Fərz namazlarını vaxtında qıl.

- İmkan qədər nafilə namazlarını artır.

- Gecə namazlarını unutma.

- Zikr və dualarından dilin daim sulu olsun. Dilin, zikr etməkdən boş vaxt tapmasın.

- Qurani Kərimi ərəb və azəri dilində mənaca tərcüməsini düşünərək oxu. Təfsir kitabın varsa, başa düşülməyən yerlərdə ona müraciət et.

- Ailənə xüsusi diqqət yetir. Vaxtının çoxunu ailənə sərf et. Qazandığının bir hissəsini uşaqların təhsilinə ver.
Ticarətin ən gəlirli yeri -uşaqlarına sərf olunan mənfəətdir. Nə demək istədiyimi, sonra başa düşəcəksən.

- Övladlarının dini və əxlaqi təhsilinə diqqətini daha da artır. Onlar sənin daim nəzarətin altında olsunlar.

- Kasıb və fəqirlərə imkan daxilində sədəqə ver. Zəkatı unutma.

- Yaxın və uzaq qohum və qonşularına kömək et. Onlara yaxşılıq et.

- Dini məsələlərdə heç kimlə mübahisə etmə, xüsusilə də avamlarla.

- Bidət əhlindən uzaq ol.

- Əgər gördün ki, avamlar (elmi müzakirə deyil) dini mübahisə edir, onları tərk et. Onlarla oturma. De ki, işim var və öz işinlə məşğul ol.


   Bunların hamısını tətbiq etsən, bu fani dunyanı tərk etdikdən sonra, inşəAllah nicat tapanların sırasında olarsan.
Sözlərimi tərəddüd etmədən qəbul edib əmin ola bilərsən.

Yazdı:  Suleyman