Tacirin və ticarətin əhkamlarından



Məsələ: müsəlman tacir, qeyri-müsəlman bayramlarının yaxınlaşdığını bilir və onun üçün dükanına çoxlu halal əşyalar alır.

Sual: müsəlman tacir, qeyri-müsəlmanlara və ya əqidəsi zəif olan müsəlmanlara qeyri-müsəlman bayramlarının keçirilməsi üçün halal olan ərzaq və əşyaları sata bilər❓

☝🏻Bilmək lazımdır ki, müsəlmanların ancaq iki bayramı var:
1⃣ Fitr bayramı.
2⃣ Qurban bayramı.
Bu iki bayramdan başqa keçirilən "bayramlar" müsəlmanların bayramı deyil❗
 Çünki, nə Qurani Kərimdə, nə də ki, Peyğəmbərimizin ﷺ hədislərində bu iki bayramdan başqa bayram zikr edilməyib❗

☝🏻Müsəlman tacir bilmədən şərə və fəsada vasitə ola bilər. Ona görə də, bu əhkamları ona bilmək vacibdir.
Allahu ﷻ buyurur:

《وَلَا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَا وَادْعُوهُ خَوْفًا وَطَمَعًا ۚ إِنَّ رَحْمَتَ اللَّهِ قَرِيبٌ مِنَ الْمُحْسِنِينَ》

《Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır》.

_____
✅ Cavab:
Allahu ﷻ buyurur:

《قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ ۖ فَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُمْ مَا حُمِّلْتُمْ ۖ وَإِنْ تُطِيعُوهُ تَهْتَدُوا ۚ وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ》

《De: “Allaha və Peyğəmbərə itaət edin”. Əgər üz çevirsəniz, bilin ki, o ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğat aparmaqdır》.

Müsəlmanın, qeyri-müsəlman bayramlarını keçirən insanlar üçün yemək, libas, əşya
- satmaq,
- icarəyə vermək,
- hədiyyə etmək,
- kömək etmək,
- alıcıya o səbəbdən təbəssüm etmək,
- iştirak etmək,
- təbrik etmək qadağandır.
İslam dinində hökmü - haramdır. 

Məsələni anlamaq üçün bir qaydanı zikr edim.
Qayda:
《Qeyri-müsəlmanların, bayram və ibadətlərini keçirilməsi üçün hər nə isə lazımdırsa - müsəlmana ona yardım etmək qadağandır❗》

Allah ﷻ buyurmuşdur:

《... وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَىٰ ۖ وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ》

《...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir》.

Allahu ﷻ buyurur:
《وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا》

《Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər》.

📚 الفتاوى الكبرى لابن تيمية

والله الموفق والهادي إلى سواء السبيل
Hazırladı: Suleyman abu Ibrahim əl-Azəri.
1437-03-15