İslam dinini qəbul etməklə, insan hansı faydaları əldə edir, sualına cavab vermək üçün bizə günlər, aylar və illər bəs etməz. Amma, müxtəsər olaraq bir neçə məsələyə toxunmaq istəyirəm.
Müqəddimə:
İslam dininin gözəlliyini, faydalarını, səmərəsini görmək üçün, aşağıdaki məsələləri müzakirə edək:
- Müsəlmanın etiqadında olan faydalar.
- Müsəlmanın ibadətində olan faydalar.
- Müsəlmanın axirətində olan faydalar.
- Müsəlmanın müsəlmanlarla və qeyri-müsəlmanlarla əlaqəsində olan faydalar.
- Müsəlmanın xata edib, sonra cəzasını çəkməyində olan faydalar.
Elm faydalar məclisində iştirak edən qardaşların bu haqda yazdıqlarını da əlavə etmək istədim. Çünki, onların qəlblərində olanı, yazıları şahidlik edir.
(Qeyd: Qardaşların yazılarını olduğu kimi nəql etmişəm. Heç bir yerdə əlavə və orfoqrafik belə dəyişiliklər edilməyib. Yazılar, original şəklində nəql edilib.)
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
✍🏻 Qardaşlar yazır...:
- Günahlardan uzaqlaşırsan!
- познать этот мир таким каким он есть и в итоге спокойствие души.
- Bu bir qurtuluşdu, Allahın razılığıdı, və gözəl bir yaşamdı!
- Etdiyin hər bir şey Allah üçün olur.
- İnsan olursan. Neycun yaşadığıvı və ne ucun yaradıldığını anlayırsan.
- Dunyanin sinaq mekani olmagi. Teqvani.
- Allahın razılığı. Ürəyin sakitçiliyi və müsibətlərə dözüm.
- Жизнь обретает иной смысл. Появляются новые цели, все цели и планы меняются. Цель получить довольство Аллаha и с Его милостью попасть в рай.
- İslam gözəl əxlaqdı, bu dünyada həmdə axirəti qazanırsan.
- Allah taalə bizi ibadət üçün yaradıb, islam dinini düzgün yaşayan qurtulur!
- Aleykum salam va rahmatullahi barakatuhu.Allahın âmr vâ qadağalarını yerinâ yetirmâyâ çalışırsan,bildiyim qâdâr.
- Oddan uzaqlasirsan. Emellerinle Allahin ved etdiyi seylere yaxinlasirsan.
- познать этот мир таким каким он есть и в итоге спокойствие души. быть довольным и спокойным это и есть счастье. можно по-разному ответить на этот вопрос.
- Allah Subhane ve Teala bu din vasitesile bizi zülmetlerden nura çixardib.
- Cenetı qazanıb cehennemden qurtulmaq her ıkı dunyada rahatcılıq tabmaq atdıqın adımı duz basa dusmek quran ve suneye esasen ozunu ve alenı oddan qorumaq qohum ve yaxın tansdara devet eleyıb onlarında ıslah olmasna sebeb olmaq bır sozle ıtrecek hec bır sey olmaması her bır halda ancaq udus.
- Rahmən və Rəhim olan Allahın adı ilə. Islam - bizi qəflətdən nura çıxaran , qunahları bizə tanıdıb , onları tərk etməyi bizə örqədən , dünya çirkabınnan təmizləyib , Rəbbimizin hüzuruna bizi hazırlayan , əxlaq , adillik , qeyrət , hikmət kimi keyfiyyətləri xislətimizdə cəm edəm , əbədi , qözəl , misli olmayan bir həyata sahib olmağa - bizə ümid verən vahid və izzətli olan bir Dindir !!!
- Ислам даёт человеку счастье в обеих мирах . Аллах лучше знает.
- Qurtuluş. həm bu dunyada həmdə axirətdə in şaALLAH..
- Bu dunyadakı xeyri butun çirkin ve zererli şeylerden uzaq durmaq.
Axiretde ise nicat tapmaq. İn şaALLAH.
- Salam aleykum islam dini mene menim kimliyimi ne ucun var oldugumu ve menim insan oldugumu men islama girdikden osnura oz kecmisime etrafimda islamda olmayanlarin halina baxdiqda islami dahada cox sevdim birdeki mende bir urek oldugunu his edim inanki islama girdikden sonura heyetimde olan gozelikleri yazsam belkede omrum yetmez meni hidayet eden Allaha sonsuz hemd olsun amin.
- Allah bizi qaranlıqdan işıqa çıxartdı....
- Əlavə olaraq onuda deyim ki,uca Allah quranı Kərimdə buyururki,biz bu quranı endirdikki insanları zulmətlərdən Nura çıxarsın, düşünürəm zülmətdə azğınlıqda olmaq əsl bədbəxtçilikdir, hidayət nur isə əsl xoşbəxtlikdir,islamda bizə bu xoşbəxtliyi hər iki dünyada qazanmaqa Vəsilədir.》
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
İndi isə, yuxarıda zikr etdiyim məsələlərə bir-bir toxunaq və hər qismə bir neçə misal çəkək:
✅ Müsəlmanın etiqadında.
- İslam dinini qəbul etməklə:
1- İnsanın ruhi qidalanır.
2- İnsan, zülmət olan şirkdən, nur olan tövhidə çıxır.
3- İnsan başqalarının deyil, sırf Allahın qulu olur.
✅ Müsəlmanın ibadətində.
- İslam dinini qəbul etməklə:
1- Müsəlman, dünya sıxıntılarından uzaqlaşır. Çünki, bütün işlərində Allaha təvəkkül edir, yəqinliklə bilir ki, hər şey qəza və qədərlə baş verir. Və onunla razı olduğu üçün qəlbi sakitləşir.
2- Oruc tutmaqla qəlbini, bədənini pisliklərdən təmizləyir.
3- Zəkat verməklə, malını, ticarətini artırır.
Müsəlman - insanlara maddi dayaqdır!
✅ Müsəlmanın axirətində.
- İslam dinini qəbul etməklə:
1- Müsəlman, Allahın ona hazırladığı Cənnətinə qovuşur.
2- Müsəlman olmaqla, ən böyük nemət olan Allahı görmək ona nəsib olur.
3- Müsəlman olmaqla, cəhənnəmin odundan uzaqlaşır.
✅ Müsəlmanın müsəlmanlarla və qeyri-müsəlmanlarla əlaqəsində.
- İslam dinini qəbul etməklə:
1- Müsəlman, qan qohumu olmayan müsəlmanla əsl din qardaşı olur. O, din qardaşlığı ki, çox vaxt yaxın qan qohumlarından yaxşıdır. Hər çətinlikdə ona dayaq olur.
2- Müsəlman sözündə, əməlində dürüst olur. Müsəlmanlarla və onunla vuruşmayan qeyri-müsəlmanlarla vuruşmur, söymür, sataşmır, malına, nəfsinə zərər vermir. Əksinə, mülayim, şirin dil və hikmətlə yanaşır. Müsəlmanın məhz bu xüsusiyyətinə görə, insanlar həmin cəmiyyətdə onunla rahat yaşayır. Bilirlər ki, o, onlara zərər verməz. Lazım olanda əməllə, ya da ki, söz və məsləhətlə kömək edər.
Müsəlman - insanlara mənəvi dayaqdır!
✅ Müsəlmanın xata edib və sonra cəzasını çəkməkdə belə faydalar var.
- İslam dinini qəbul etməklə:
1- Bu qismdə, ən birinci axirət faydası müsəlmanın özünə qayıdır. Yəni, əgər tövbə və istiğfar etsə, axirətdə artıq o, həmin etdiyi günahın cəzasını çəkmir. Çünki, dünyada artıq ondan təmizlənir. Tövbə, ya da ki, bədən üzvlərinin (qisas, hədd. Misal üçün, oğrunun əli kəsilir və sair cəza növləri) cəzası ilə.
2- Müsəlmana verilən cəzanı görən (qisas, hədd. Misal üçün, oğrunun əli kəsilir və sair cəza növləri) insanlar həmin günah işi görməkdən imtina edir.
Düşünürəm ki, bu qədər kifayət edir. Kim, İslam dininin faydaları haqqında daha çox bilikli olmaq istəyirsə müsəlmanlarla görüşsün, söhbət etsin. Daha yaxşısı, İslamı olduğu kimi qəbul edərək, özü öyrənsin.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Və sonda.. Allah ﷻ buyurur:
《يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ》
O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək.
《إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ》
Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!
《وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ》
Cənnət müttəqilərə yaxınlaşdırılar.
(Əş-Şua'ara sürəsi 88-90 ayələri)
Ənəs bin Malik رضي الله عنه deyir ki, Allah Rəsulu ﷺ buyurub:
"Yeddi iş gördükdə, savabı qula öləndən sonra qəbirdə davamlı yazılır. Elm öyrədənə...".
📗Hədis yaxşıdır. Bax: "Səhih əl-Cəmi".
Allahdan ﷻ istəyirəm ki, sizinlə birlikdə tərtib etdiyimiz bu kiçik məqalə yazısı, bunu oxuyub və bundan faydalananlar üçün, bizə bu dünyada və axirətdə, qəbul edilən elmi əməldən hesab edilsin və savab yazılsın. Amin.
والله أعلم
وصلى الله على نبينا محمد وعلى آله وصحبه أجمعين.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Hazırladı: Elm faydalar məclisində iştirak edən qardaşlar.
Yoxladı və əlavə etdi: Suleyman abu İbrahim əl-Azəri.
Allah hamımızdan razı olsun. Amin.
05/04/1438 h.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈