بسم الله الرحمن الرحيم
الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين، وبعد ؛
Bu məsələni altı qismə bölək :
1- Corabın elmi tərifi. Yəni, corab nəyə deyilir.
2- Peyğəmbərimiz ﷺ nəyin üzərinə məsh çəkib?
3- Məshin şərtləri.
4- Corabın üzərinə məsh çəkməyin səbəbi.
5- Corabların növü.
6- Məsələdə ixtilaflı və ittifaqlı olan tərəf.
______
1⃣ Birinci məsələ.
Corabın ərəb lüğətində elmi tərifi:
🔹Əz-Zəbidinin "Təc əl-Arus" izahlı lüğət kitabında corabın tərifi:
"Corab - yundan olan, ayaqları örtmək və isitmək üçündür".
📚 تاج العروس للزبيدي
🔹"Əl-Məvahib əl-Cəlil" adlı kitabda, corabın tərifi:
"Corab - xufa oxşayır, kətandan, yundan və qeyri parçalardan hazırlanır".
📚 مواهب الجليل للحطاب المالكي.
🔹Ərəb dilinin müasir izahlı lüğət ensiklopediyasına baxsaq:
"Corab - ayaqlara geyilən parçaya deyilir".
📚 معجم اللغة العربية المعاصرة
🔹Fikh ensiklopediyasına baxsaq, corabın tərifi:
"Corab - ayaqlara geyilən, dəridən hazırlanmayan parçaya deyilir".
📚 الموسوعة الفقهية
Xülasə:
1- Ayaqları örtən parçaya corab deyilir.
2- Corablar müxtəlif sap və parçalardan hazırlanır.
_______
2⃣ İkinci məsələ.
Peyğəmbərimiz ﷺ nəyin üzərinə məsh çəkib?
✅ Peyğəmbərimiz ﷺ xufun üzərinə məsh çəkərdi.
Muslimin rəvayətində, Peyğəmbərimiz ﷺ məshi xuf üzərinə çəkərdi.
🔹 "Xuf" - ayaqlara geyilən və ayaqları örtən nazik dəridən hazırlanmış parçadır.
✅ Corabın üzərinə məsh çəkmək isə, sahabələrdən varid olub. Çünki, Allah rəsulundan ﷺ corabların üzərinə məsh çəkmək barəsində səhih hədis zikr edilməyib.
Alimlər, corabı xufa qiyas edərək, corabın üzərinə məsh çəkməyin icazəli olduğunu deyiblər. Çünki, corab öz mahiyəti ilə xufa oxşayır. Corabdan fərqli olaraq, xuf dəridən hazırlanır.
Xülasə:
1- Xufla corab arasındaki fərq, hazırlanma materialların fərqindədir.
2- Xufun, corabın vəzifəsi, ayaqları örtmək və onları isitməkdir.
_______
3⃣ Üçüncü məsələ.
Corabların üzərəinə məsh çəkməyin şərtləri hansılardır?
Şərtlərdən:
1⃣ Corab, ayaqları hər tərəfli, topuqlardan yuxarıya örtməlidir.
🔹Bu şərt ittifaqlıdır.
2⃣ Corablarda və xufda böyük cırıq olmamalıdır.
🔹Bu şərt ittifaqlıdır.
3⃣ Xufun və corabın parçası mubah (yəni, halal) materiallardan olmalıdır.
🔸Xufun dərisi - donuzun və itin dərisindən olmamalıdır.
🔸Corab isə - kişilər üçün ipək sapdan olmamalıdır. Qadınlara isə ipək icazəlidir.
🔹Bu şərt ittifaqlıdır.
4⃣ Şəffaf olan corablar, hansı ki, dərisi görsənilən corabların üzərinə məsh çəkilməz.
🔸Bu şərt ixtilaflıdır.
Xülasə:
- Şərtlərin bir qismi ittifaqlı və bir qismi ixtilaflıdır.
_______
4⃣ Dördüncü məsələ.
Xufun, corabın üzərinə məsh etməyin səbəbi nədir?
Ayaqları istidən çıxartmamaq üçün, müsəlmana əziyyət verməmək üçün, bu ona Allahdan rüxsət yəni, icazəli olaraq asanlaşdırmaq üçün verilib.
Xülasə:
- Corabların üzərinə məsh etməyin əsas səbəbi, məsələni ona asanlaşdıraraq çətinliyi aradan qaldırmaqdır.
________
5⃣ Beşinci məsələ.
Corablar üç cürdür:
1⃣ Altı dəri, üstü parça olan ona "xuf" deyilir.
2⃣ Qalın olan corab, hansı ki, ayaqların dərisini göstərmir.
3⃣ Şəffaf olan corab, hansında ki, ayaqların dərisi görsənir.
Corabın üzırinə məsh çəkməyin icazəli olub-olmadığına dair alimlər ixtilaf ediblər.
1⃣ Şafii və Hənbəli məzhəbinə görə, corabın üzərinə məsh çəkmək icazəlidir. Hətta, Əbu Hənifə - Allah ona rəhmət etsin, həyatın sonunda bu rəyə dönmüşdür.
Bax:
📚 المجموع ، المغني ، كشاف القناع
2⃣ Şəffaf corabların üzərinə məsh çəkmək isə:
a- Əksər alimlər caiz görmürdülər.
Çünki, dəri görünürsə məsh çəkmək olmaz. Xufa qiyas edirdilər, çünki xufda dəri görsənmir.
b- Digər alimlər isə, caiz olduğunu bildiriblər. Nəyə görə? Caiz görən qism alimlərin izahı:
1- Corabın qalın olması şərtdir barəsində hədislərdə bu haqda bir məlumat yoxdur.
2- Madam ki, corab - corab adını daşıyırsa, deməli icazəlidir.
3- Corabın mahiyyəti və əsas məqsədi, məşəqqəti yəni, çətinliyi aradan qaldırmaqdır. Bu isə, xufda olduğu kimi, həmçinin corabda da vardır. Yəni, corabı çıxartmaq, ayaqları yumaq sonra onları qurutmaq və təzədən geyinmək əziyyətdir. Bu səbəbdən məsh çəkmək rüxsət edilib.
Bu fikir Ömər ibn Əl-Xattabdan və Əli ibn Əbu Talibdən - Allah onlardan razı olsun, nəql edilir. Bu rəydə olan alimlərdən Əbu Yusuf, Muhammad, İshaq və Daud. Əsrimizdə olan alimlərdən isə Albani, ibn Useymin və qeyriləri - Allah onlara rəhmət etsin, caiz olduğunu deyiblər.
📚 المجموع
Xülasə:
1- Corabların üzərinə məsh çəkmək caizdir.
2- Şəffaf olan corabların üzərinə məsh çəkmək ixtilaflı məsələdir.
______
6⃣ Altıncı məsələ.
Məsələdə ittifaqlı və ixtilaflı məsələ nədir?
✅ Xufun üzərinə məsh çəkmək ittifaqla icazəlidir.
❌ İxtilaf olan isə:
1- Qalın corabın üzərinə məsh çəkmək.
a- Səhabələrdən icazəli olduğuna dair ittifaq zikr edilib.
b- Dörd məzhəb arasında isə, məsələ ixtilaflıdır.
------------------
2- Şəffaf corabın üzərinə məsh çəkmək ixtilaflıdır.
a- Cumhur sələf alimlər və onlardan sonra gələn alimlər caiz olmadığını deyiblər.
b- Çox az, yəni bəzi alimlər isə, icazəli olduğunu bildiriblər.
___
Yekun.
1⃣ Məsələdə qəbul etməyən tərəf, onu qəbul edən digər tərəfə hörmətlə yanaşmalı, inkar etməməlidir. Bu, əhli-sünnənin qaydasıdır.
Allah ﷻ dedi:
وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا ۚ وَاذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ إِذْ كُنْتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنْتُمْ عَلَىٰ شَفَا حُفْرَةٍ مِنَ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا ۗ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ
《Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.》
2⃣ Qalın corabların üzərinə məsh çəkmək səhabələrdən - Allah onların hamısından razı olsun, zikr edilib.
4⃣ Bəzi alimlərin rəyinə görə, şəffaf, yəni dərisi görsənən müasir corabların üzərinə məsh çəkmək icazəlidir.
5⃣ Əbu Daud - Allah ona rəhmət etsin, sünən əsərində dedi:
《Corabların üzərinə məsh etməyi Əli bin Əbu Talib, ibn Mas'ud, Əl-Bara bin 'Əzib, Ənəs bin Malik, Əbu Uməmə, Səhl bin Sa'ad kimi səhabələrdən zikr edilib. Həmçinində Ömər ibn Əl-Xattabdan və ibn Abbasdan rəvayət edilir》.
6⃣ Bəzilərin "Dörd məzhəbə görə, corabın üzərinə məsh çəkilməz !" deməkləri, xata olardı. Çünki, Hənbəli məzhəbin rəyinə görə, corabın üzərinə məsh çəkmək icazəlidir.
📚 المغني
Ət-Tirmizi - Allah ona rəhmət etsin, "sünən" adlı əsərində belə bir bölməni zikr etmişdir:
"Bölmə: Corabların üzərinə məsh çəkmək barəsində zikr olunan rəvayətlər".
Bölmənin şərhində buyurur ki, Əbu Muqatil Əs-Səmərqəndi dedi:
《... bir gün Əbu Hənifə xəstələnəndə yanına daxil oldum. Əbu Hənifə, vudu (yəni, dəstamaz) almaq üçün, su gətirməyi tələb etdi. Vudu zamanı (yəni, dəstamaz aldığı zaman), ayaqları corabda olaraq üzərinə məsh çəkdi və sonra dedi:
"İndi elə bir iş gördüm ki, indiyədək etməmişdim. Corabların üzərinə məsh çəkdim"》.
______
Hazırladığım bu yazı risaləsi, corabların üzərinə məsh çəkməyin icazəli olduğunu müxtəsər olaraq izahıdır. Bu qədər kifayətdir.
والله أعلم، وصلى الله على نبينا محمد وعلى آله وأصحابه أجمعين.
Hazırladı: Suleyman Cəlil.
1437/03/08