Ramazan və Qurban bayramlarının müxtəsər əhkamları.
Zikr etdiyim sünnələri imkan qədər etməyi çalışın. Çünki, bu sünnələri Rəsulullah ﷺ (Allahın ona salavat və salamı olsun) və əshabələri رضي الله عنهم (Allah onlardan razı olsun) bayram zamanı etmişdilər.
✅ Bayram namazından öncə, fitrə zəkatını çıxartmaq. Çünki, fitrə zəkatı fəqir və kasıbların sizin üzərinizdə haqlarıdır.
✅ Bayram namazına təmizlənmək, çimmək və gözəl paltar geyinmək.
✅ Fitrə bayramında, namazdan öncə üç, beş və ya yeddi (vitr olsa daha yaxşıdır) ədəd xurma yemək.
✅ Bayram namazına gedərkən, yolda:
🔸Təkbir : "Allahu Əkbər".
🔸Təhlil : "Ləə iləhə illə Allahu".
🔸"Allahu Əkbər, Allahu Əkbər, Ləə iləhə illə Allahu va Allahu Əkbər, Allahu Əkbər va lilləhil həmd", zikrləri kişilərə ucadan, qadınlara isə sakitcə demək.
Diqqət! Bu zikrləri ucadan, ayrı-ayrı demək bəyənilir. Camaat şəklində xorla, yəni bir səslə demək islam şəriətinə müxalifdir.
✅ Bayram namazına piyada bir yoldan gedib, evə dönərkən başqa yol ilə qayıtmaq.
✅ Bayram namazı iki rükətdan ibarətdir.
1. Birinci rükətdə yeddi dəfə "Allahu Əkbər" təkbiri deyilir.
2. Ikinci rükətdə isə beş dəfə "Allahu Əkbər" təkbiri deyilir.
✅ Bayram namazından sonra xütbəyə qulaq asmaq.
✅ Bayram namazına qadınları (məhrəm olan qadınlar nəzərdə tutulur) və uşaqları aparmaq.
✅ Bayram namazı ilə təbrik etmək eyb etməz. Təbrik formalarından biri :
تقبل الله منا ومنكم
Ərəbcə tələffüzü: "Takabbala Allahu minna va minkum".
Mənası: "Allah bizdən və sizdən qəbul etsin".
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
✔ Bayram günü haram və bidət əməllərdən çəkinin!Haram olan əməllərdən:
🚫 Bayram günü oruç tutmaq.
🚫 Saqqalı qırxmaq.
🚫 Müsiqiyə qulaq asmaq.
🚫 Harama baxmaq.
🚫 Naməhrəm olan yerdə iştirak etmək.
🚫 Israfçılıq etmək və sairə haram olan işlər.
✔ Bidət olan əməllərdən:
🚫 Camaatla birlikdə bir səslə zikr etmək.
🚫 Qəbirləri ancaq bayram günü ziyarətlə xüsusiləşdirmək.
🚫 Qəbir üzərinə gül, halva və digər şirniyyat və əşyalar qoymaq.
Allah ﷻ sizləri bu məqaləni oxuyub faydalananlardan etsin, bizə də savab yazılsın. Amin.
✍ Suleyman Cəlil.
1435 il. Ramazan ayın 28. Er-Riyad şəh.