Dedi-qodu



Dedi-qodulara, yalan və böhtana fikir və önəm verməmək. Bu yazımı, Allah yolunda dəvətlə məşğul olanlara xüsusi olaraq və müsəlmanlara ümumi olaraq ünvanlandırıram.


Bir qardaş,  dəvətlə məşğul olan qardaşa dedi:

"Bəzi insanlar, sizin elmi məclisinizdən faydalanmağa çalışırlar. Bilmədiklərini öyrənmək istəyirlər, elm tələb edirlər.
   Təəsüflər olsun ki, məclisdə iştirak edən qardaşların bir qismi isə, sırf məclisə tərəfinizdən göndərilən hər yazını, məqaləni, sözünüzü və suallara verilən cavabınızı izləyərək xata və qüsur axtarmağa çalışır. Yəni, o qismi insanlar sırf bu səbəbdən məclisinizdə iştirak edirlər".
           

Allah yolunda dəvət işinə davam edən həmin qardaş, hansı ki, dedi-qoduya, yalan və böhtana fikir və önəm vermir,  qardaşa belə nəsihət-cavabı yazdı:

Hər insanın dost-tərəfdarları və pisləyəni vardır. Tam Allahın Elçiləri kimi. Onların da, dost-tərəfdarlarları və pisləyəni var idi.

Allah ﷻ dedi:

 وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا شَيَاطِينَ الْإِنْسِ وَالْجِنِّ يُوحِي بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُورًا ۚ وَلَوْ شَاءَ رَبُّكَ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ

《Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et.》
(Əl-Ən'əm sürəsi, 112 ayə)

Rəvayət olunur ki, Musa عليه السلام Allaha ﷻ dedi ;
" Allahım, məni insanlarda adət-ənə olan  dedi-qodulardan, yalan, uydurma və böhtanlardan, uzaq tut".

Allah ﷻ dedi ; "Ey Musa, Mən Öz barəmdə belə danışmaqlarına mane olmadım. İnsanlar iddia etdilər ki, Mənim övladım var, Halbuki Mən, Əl-Əhədəm, (yəni, Təkəm) , Əs-Səmədəm, (yəni, Möhtac deyiləm). Mən, nə doğub, nə doğulmuşam və Mənə bənzəri yoxdur".

📚 Bax: ibn Muflih əl-Məqdesinin (763 h. vəfat edib) "əl-Ədəb əş-Şər'iyə" adlı kitabına.


Xülasə: Ey dəvətlə məşğul olan əziz qardaşım, hər səviyyəsiz, elmsiz və ədəbzsiz insana fikir vermə.
Allah yolunda dəvətinə davam et. Uca Rəbbin buyurduğu kimi et və insanların sənə etdiyi pisliklərə önəm vermə !

Uca Allah buyurur:

 وَقُلِ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ ۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ

《De: “İşinizdə olun! Allah, Onun Elçisi və möminlər əməllərinizi görəcəklər. Sonra qeybi və aşkarı Bilənin yanına qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir》
(Ət-Təubə sürəsi, 105 ayə)

Səni Allah üçün sevən qardaşın.
✍🏻 سليمان أبو إبراهيم الأذري
 1438/10/20 هـ.