Müqəddimə.
"Elm, faydalar məclisində" bu məsələ müəyyən bir qardaşla başladı. Qardaşın atası şiə əhlin həyatını yaşamış, özünü islama nisbət etmiş, ömrü boyu Allaha şərik qoşmuş, islam dinindən və əhkamlarından uzaq olmuşdur. Vəfat etməmişdən öncə, əhli sünnə etiqadında olan oğlu ona şəhadət kəlməsini təlqin edir və atası şəhadət deyərək bir neçə müddət sonra vəfat edir.
Bu xəbəri eşidən və oxuyan, islam dinindən azca da olsa, anlayışı olan müsəlman, qardaşın atasına - rəhmət oxuyar, onunla müsəlman müəmələsi edər. Yəni, onu yuyar, kəfənləyər, cənazəsini qılar və müsəlmanların qəbiristanlığında basdırar. Ondan sonra, onun bağışlanması üçün Allaha dua edər.
Amma, adət-ənənə olaraq, təəssüf olsun ki, məsələnin inçəliklərini öyrənməyənlər "alimlik" etməyə cəhd etdilər. Kimi küsdü və "Elm, faydalar məclisindən" ayrıldı, kimi şəxsiyə lazımsız yazılar və səs yazısını yazaraq ancaq özünü yordu. Hər kəs özünü dində savadlı zənn etdi. Sanki dinin əhkamlarını bunlar yazırmış!!
İbn Əl-Qeyyim - Allah ona rəhmət etsin, demişdir: "İnsan elm öyrəndikcə, şeytan ona vəsvəsə edib: "sən bilirsən danış, danış" -deyir". Bu bədbəxt düşür şeytanın toruna və Allahın dinindən danışmağa başlayır.
Adam bilmədiyi bir məsələdə susar, əxlaq-ədəblə soruşar. Yoxsa kobud şəkildə, təkrar edirəm, kobud şəkildə:
- Sənin dəlilin nədir?
- Kim belə deyib?
- Hardan götürmüsən və s. deyib, yazır.
Belə insanlar ancaq özlərini yorub səs və yazılarını göndərdilər.
Nə deyim?!
"Qillətul ədəb", yəni əxlaq, ədəb yox səviyyəsindədir. Hamı özünü tövhid əhli olduğunu iddia edir. Amma, düşünmür ki, tövhiddlə yanaşı islam əxlaqı, ədəbi olmasa tövhid ona fayda verməz.
Onda sən hansı tövhiddən bəhs edirsən?! Hansı tövhidə dəvət edirsən?!
Tövhid - islamın tacıdır, əxlaq isə onun naxışıdır. Tövhidi əxlaqdan ayırmaq olmaz. Bu bədbəxt, avam unudub ki, şərqdən qərbə, cənubdan şimala, İslamın nuru əksər ölkələrə cihad etmədən, məhz tövhid və onun əxlaqı ilə insanlara çatıb və onlar islamı qəbul edib.
Bu yazı, özlərini əxlaqsız, ədəbsiz aparanlar üçün deyil. Çünki, Allah onlara mərhəmət və dində fəqih olmaqlarını istəməyib. Allah onlara mərhəmət və dində fəqih olmaqlarını istəsəydi, onlar dillərini qoruyub, nəfslərinə hakim olub, məclisdə əxlaq və ədəbə riayət edərək, məsələnin elmi müzakirəsini sona qədər edərdilər.
Bu yazı, əxlaq və ədəbə riayət edən, nəfslərinə hakim olan ağıl sahibləri üçün yazılıb. Uca Allah onlara mərhəmət və dində fəqih olmaqlarını istəyib.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
İkinci müqəddimə.
Elmi yazılarımın üsulunu artıq bəziləriniz bilir. Bu dəfə də, adət olaraq bu məsələdə həmin üsulla gedəcəyik. Şəriətdə belə bir qayda var, "Bir şeyə hökm vermək üçün onu təsəvvür etmək labüddür".
Birinci- Məsələdə olan bəzi sözlərin izahını qeyd edək.
İkinci- Məsələdə olan bəzi şər'i qaydaları zikr edək.
Üçüncü- Məsələdə olan ayə və hədislərin, qədim və müasir alimlərin tərəfindən açıqlamasını zikr edək.
Dördüncü- Bəzi şübhələrə cavab.
Beşinci- Bəzi suallara qısa cavab.
Altıncı- Tarixdən məsələ ilə bağlı maraqlı hadisələr.
Yeddinci- Müraciət olunan bəzi qaynaqlar.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Üçüncü müqəddimə.
Qeyd edim ki, müzakirəmiz, özünü islama nisbət edən, dindən çıxardan etiqadi və əməli küfrünə görə bidət əhlinin, ona ölüm yatağında təlqin edilib son anında kəlmeyi şəhadət deməsidir.
Mühüm qeyd: Müzakirəmizdən bəzi qism insanları çıxartmaq lazımdır:
Birinci- Müsəlmanın son anında kəlmeyi şəhadəti deməsi və ya deməməsi müzakirəsi deyil, çünki məsələ alimlər arasında ittifaqlıdır.
İkinci- Əsli kafirin və mürtədin ölüm anında - tövbə etməsələr, müzakirəsi deyil, çünki məsələ alimlər arasında *ittifaqlıdır.
Üçüncü- Özünü islama nisbət edən şiə, rafizi, sufi və s. bidət əhlindən olan, etiqadi və əməli küfrə görə dindən çıxardan, ona təlqin edilmədən, özü kəlmeyi şəhadəti deyib vəfat edərsə, onun son anının müzakirəsi deyil, çünki məsələ alimlər arasında ixtilaflıdır.
Bu üç qism insanları müzakirədən çıxartdıq. Qaldı bir qism insan.
Dördüncü- Özünü islama nisbət edən, bidət əhlinin etiqadi və əməli küfrə görə dinindən çıxardan - ona təlqin edildikdən sonra kəlmeyi şəhadəti deyib vəfat edərsə, müzakirəsidir.
Qeyd: Son dördüncü qismə qardaşın atası daxildir. Bu qismdə olan insanın hökmü alimlər arasında ixtilaflıdır və ya ittifaqlıdır yazmayacağam. Müzakirəni sona qədər oxusanız, məsələnin hökmünü özünüz biləcəksiniz.
┈┉┅━❈▫❈1⃣❈▫❈━┅┉┈
Məsələdə olan bəzi sözlərin açıqlanması.
İlk növbədə məsələdə olan bəzi söz-istilahlara diqqət yetirək, sonra müzakirəyə daxil olaq.
- Ayə və hədisdə zikr olunan, ölüm anında "qarqara" nə deməkdir?
Ruh xulquma (boğaza) çatdığı an, insanın boğazında sanki su ilə qarqara edirmiş kimi səs gələn hala - "qarqara" deyilir.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
- Əsli kafir kimdir ?
Əsli kafir - kitab əhli olan yəhudi və nəsrani və ya qeyri kitab əhli nəzərdə tutulur.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
- Mürtəd kimdir?
Mürtəd - İslam dinində olan və sonra ondan dönən insana deyilir.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
- Kiməsə ölüm yatağında təlqin etmək - yəni, ona şəhadəti öyrətmək və ona onu dedirtmək.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
- Ruhun insan bədənindən çıxma mərhələləri hansıdır?
İnsan qarqara etməmişdən öncə, ruhun çıxması arasında vaxt vardır.
1- Qarqaradan qabaq ola bilsin insan hüşunu itirsin sonra yenidən özünə gəlsin.
2- Sonra ruhun xulquma çatdığı an qarqara səsi gəlir.
3- Sonra insanın ruhu bədənindən, mömindirsə rahat, kafirdirsə əziyyətlə, şiddətlə Mələkələr tərəfindən çıxardılır.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
- Tövbə "qarqara" vaxta qədər qəbuldur. Ondan sonra artıq qəbul deyil.
┈┉┅━❈▫❈2⃣❈▫❈━┅┉┈
Məsələ ilə bağlı qaydalar.
Doğru nəticəyə çatmaq üçün, zikr edəcəyim qaydaları başa düşüb və onlarla razılaşmaq lazımdır. Əgər bu qaydalarla razılaşmasaq, müzakirə əbəs yerə olacaqdır və doğru nəticə ortaya çıxmayacaq.
Birinci qayda.
İlk olaraq, müsəlman hər hansı dini məsələni müzakirə etmək istəsə, o gərək iki ayə qaydasını unutmasın.
Birinci- Dini məsələlərdə elmsiz danışmaq olmaz!
Uca Allah buyurur:
قُلْ إِنَّمَا حَرَّمَ رَبِّيَ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَالْإِثْمَ وَالْبَغْيَ بِغَيْرِ الْحَقِّ وَأَنْ تُشْرِكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَأَنْ تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ
《De: “Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur”.》
📚 Bax: Qurani Kərim, Əl-Araf surəsi, 33 ayə.
İkinci- Allahın hökmünə təslim olmaq lazımdır!
Uca Allah buyurur:
فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنْفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا
《Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.》
📚 Bax: Qurani Kərim, Ən-Nisə surəsi, 65 ayə.
Əfsuslar olsun ki, bu məsələdə tələsənlər bu iki ayəni unudublar - لا حول ولا قوة إلا بالله
Bundan daha xətərlisi olan isə ...
Uca Allah buyurur:
بَلْ كَذَّبُوا بِمَا لَمْ يُحِيطُوا بِعِلْمِهِ وَلَمَّا يَأْتِهِمْ تَأْوِيلُهُ ۚ كَذَٰلِكَ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الظَّالِمِينَ
《Xeyr! Onlar elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlməmiş bir şeyi (Quranı) yalan hesab etdilər. Onlardan əvvəlkilər də yalan hesab etmişdilər. Bir gör zalımların aqibəti necə oldu.》
📚 Bax: Qurani Kərim, Yunus surəsi, 39 ayə.
Uca Allah buyurur:
... ۚ كَذَٰلِكَ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ حَتَّىٰ ذَاقُوا بَأْسَنَا ۗ قُلْ هَلْ عِنْدَكُمْ مِنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَا ۖ إِنْ تَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ أَنْتُمْ إِلَّا تَخْرُصُونَ
《... Onlardan əvvəlkilər də öz peyğəmbərlərini beləcə yalançı hesab etmişdilər. Axırda əzabımızı daddılar. De: “Bizə göstərə biləcəyiniz bir bilginizmi var? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız”.》
📚 Bax: Qurani Kərim, Əl-Ənam surəsi, 148 ayə.
Kaş ki, avamlar susardılar. Səbr edib sözə qulaq asardılar. Yox, küsüb çıxdılar. Nəfslərinə uyub, özlərinə münasib sözləri yazdılar. Bizdə deyirlər:
"Kim nə edir, özünə edir!"
Buna təsdiq isə, Uca Allahın sözü:
مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ ۖ وَمَنْ أَسَاءَ فَعَلَيْهَا ۗ وَمَا رَبُّكَ بِظَلَّامٍ لِلْعَبِيدِ
《Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar. Sənin Rəbbin qullara zülm edən deyildir.》
📚 Bax: Qurani Kərim, Fussılət surəsi, 46 ayə.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
İkinci qayda.
Ölüm anında olan insanı, dinindən və irqindən asılı olmayaraq - islama dəvət etmək, onu həyatda sağ-salamat vaxtında dəvət etmək kimidir.
İslam dinimizdə, onu ölüm anında belə dəvət etmək bəyənilir, müstəhabdır.
Buna dəlil, Allah rəsulun ﷺ sözüdür:
"Meyitlərinizə (ölülərinizə) - Ləə iləhə illə Allah - (kəlmeyi şəhadəti) təlqin edin".
📚 Muslim.
Dəlildə olan hissə - "meyitlərinizə", bu kəlmə ərəb dilində mütləq şəkildə gəlib, yəni dinindən və irqindən, dediyi söz və etdiyi əməllərin dərəcəsindən asılı olmayaraq.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Üçüncü qayda.
Ölüm yatağında olan insana, kəlmeyi şəhadəti təlqin etmək təkçə Allah rəsuluna ﷺ xas deyil, bütün bəşəriyyətə aiddir.
Buna dəlil, Allah rəsulun ﷺ sözüdür:
"Meyitlərinizə (ölülərinizə) - Ləə iləhə illə Allah - (kəlmeyi şəhadəti) təlqin edin".
📚 Muslim.
Dəlildə olan hissə - "meyitlərinizə" kəlməsidir, yəni sizin ölülərinizə. Yəni təlqini hamı edə bilər.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Dördüncü qayda.
Ən əzəmətli qaydalardan biri - Allahın qullarına qarşı olan lütfü və mərhəmətinin geniş olması haqda insanın məlumatlı olması lazımdır. Qulun Allaha qarşı yaxşı zəndə olması gərəkdir.
Bilmək lazımdır ki, Allah Sübhanəhu və Tə'alə, istədiyi qulunu, onun dinindən və irqindən asılı olmayaraq, istəsə onu əfv edər, istəsə cəzalandırar. Qüdrət sahibi olan Allah, kafirin həyatının sonunda bağışlanmasını ona nəsib edər, mömini isə kafir edər.
Bilmək lazımdır ki, tövbə edib kəlmeyi şəhadəti deyən insanın, qabaq gördüyü bütün pis əməl və sözləri əfv olunur.
Buna dəlil Uca Allahın sözü:
قُلْ لِلَّذِينَ كَفَرُوا إِنْ يَنْتَهُوا يُغْفَرْ لَهُمْ مَا قَدْ سَلَفَ وَإِنْ يَعُودُوا فَقَدْ مَضَتْ سُنَّتُ الْأَوَّلِينَ
《Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər küfrə qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər.》
📚 Bax: Qurani Kərim, Əl-Ənfəl surəsi, 38 ayə.
Uca Allah buyurur:
اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُتَشَابِهًا مَثَانِيَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ ثُمَّ تَلِينُ جُلُودُهُمْ وَقُلُوبُهُمْ إِلَىٰ ذِكْرِ اللَّهِ ۚ ذَٰلِكَ هُدَى اللَّهِ يَهْدِي بِهِ مَنْ يَشَاءُ ۚ وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ
《Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz.》
📚 Bax: Qurani Kərim, Əz-Zumər surəsi, 23 ayə.
Ayədə olan hissə, Allah Sübhənəhu və Tə'ala istədiyini doğru yola yönəldər. Müsəlmandırsa onu dində sabit edər, kafirin isə köksünü açıb, ona hidayət verər.
Bu məsələdə şübhələrə düşən ey adəm oğlu, unutma!
لَا يُسْأَلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْأَلُونَ
《Allah gördüyü işlər üçün məsuliyyət daşımaz, onlar isə daşıyacaqlar.》
📚 Bax: Qurani Kərim, Əl-Ənbiyə surəsi, 23 ayə.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Həm ölüm yatağında olan, həm də ona təlqin edən insan, Allaha qarşı hüsnü zəndə olmalıdır. Çünki məhz bu an, ölüm yatağında olan insan, həyatından ümidini kəsir və tövbənin qəbul olunmamasını zənn edir. Bu - şeytanın hiyləsidir, insana edilən vəsvəsədir.
Buna dəlil Allah ﷻ sözüdür:
يَا بَنِيَّ اذْهَبُوا فَتَحَسَّسُوا مِنْ يُوسُفَ وَأَخِيهِ وَلَا تَيْأَسُوا مِنْ رَوْحِ اللَّهِ ۖ إِنَّهُ لَا يَيْأَسُ مِنْ رَوْحِ اللَّهِ إِلَّا الْقَوْمُ الْكَافِرُونَ
《Ey oğullarım! Yusufdan və qardaşından xəbər tutmaq üçün yola düşün, Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər》
📚 Bax: Qurani Kərim, Yusuf surəsi, 87 ayə.
Əbu Zərr əl-Ğifari رضي الله عنه Peyğəmbər ﷺ İzzət və Cəlal sahibi olan Rəbbindən belə buyurmuşdu:
«Ey mənim qullarım! Mən zülümü öz nəfsimə haram etdim. Onu sizin aranızda da haram edirəm. Buna görə də bir-birinizə zülm etməyin.
Ey mənim qullarım! Siz hamınız zəlalətdəsiniz, Mənim hidayət verdiklərimdən başqa. Məndən hidayət istəyin, Mən də sizi doğru yola yönəldim.
Ey mənim qullarım! Siz hamınız acsınız, Mənim yedirtdiklərimdən başqa. Məndən yedirdilməyinizi istəyin, mən də sizi yedirdim.
Ey mənim qullarım! Siz hamınız çılpaqsınız, Mənim geyindirdiklərimdən başqa. Məndən geyindiril-məyinizi istəyin, mən də sizi geyindirim.
Ey mənim qullarım! Siz gecə və gündüz günah edirsiz, Mən də bütün günahları bağışlayanam. Məndən bağışlanma diləyin, Mən də sizi bağışlayım.
Ey mənim qullarım! Sizlər əsla sözlə olsa belə mənə zərər verə bilməzsiniz.
Ey mənim qullarım! Sizlər mənə əsla sözlə olsa belə fayda da verə bilməzsiniz.
Ey mənim qullarım! Sizlərdən birincilər və axırıncılar, insanlar və cinlərin hamısının qəlbi içərinizdən ən təqvalı insanın qəlbi kimi olsada belə bu Mənim mülkümə heç bir şey əlavə edə bilməz.
Ey mənim qullarım! Sizlərdən birincilər və axırıncılar, insanlar və cinlərin hamısının qəlbi içərinizdən ən pis qəlbli insanın qəlbi kimi olsada belə, bu Mənim mülkümdən heç bir şeyi əskiltməz.
Ey mənim qullarım! Sizlərdən birincilər və axırıncılar, insanlar və cinlər bir yerdə toplansalar və hamısı birlikdə Məndən istəsələr, Mən onların hər birinin istədiyini verərəm. Bu Mənim yanımdakı mülkdən iynənin dənizə salındığı (və çıxarıldığı) zaman əskiltdiyi qədər əskildər.
Ey mənim qullarım, nə etsəniz bunlar sizin əməllərinizdi. Mən onları sizin üçün sayıb, sonra əskiltmədən sizə verəcəyəm. Hər kim xeyir əldə edərsə bundan ötrü Allaha həmd etsin. Hər kim də bundan (xeyirdən) başqa bir şeylə qarşılaşarsa özündən başqa heç kəsi qınamasın».
📚 Bax: Müslim.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Beşinci və altıncı qaydalar.
Dünya və axirət hökmünü ayırmaq lazımdır. İnsanın əməl və sözlərinə hökm, onun zahirən yəni, bizə görsənənə əsasən verilir. Bunu bilmək lazımdır.
Müsəlmanların heç bir zaman insanlara və məsələlərə verdiyi hökmlər - iddia, zənn və şübhə üzərində olmayıb. Onlar, zahiri gördüklərinə, eşitdiklərinə əsasən hökm verib. Bu, Uca Allahın onlara olan mərhəmətidir. Onlardan gücləri çatmayan, aşıra bilməyəçəkləri işi tələb etməyib.
Buna əsasən, ölüm anında olan insanın tələffüz etdiyi söz və ya işarə, nəyə dəlalət edirsə - ona görə hökm verib müəmələ edirlər.
Qeyd: Bizim bu müzakirədə olan qardaşın atası kimi.
Buna dəlil olaraq:
1- İbn ƏbdulBarr - Allah ona rəhmət etsin, "Təmhid" adlı kitabında, bu məsələdə, icmanın olmasını buyurub dedi:
" (Alimlər) icma ediblər ki, (insana) dünya hökmündə, zahiri görsənənə əsasən verilsin. Məxfi ise (yəni, gizli və bizə aşkar olmayan) Allaha həvalə olunsun".
2- Uca Allah buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا ضَرَبْتُمْ فِي سَبِيلِ اللَّهِ فَتَبَيَّنُوا وَلَا تَقُولُوا لِمَنْ أَلْقَىٰ إِلَيْكُمُ السَّلَامَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَيَاةِ الدُّنْيَا فَعِنْدَ اللَّهِ مَغَانِمُ كَثِيرَةٌ ۚ كَذَٰلِكَ كُنْتُمْ مِنْ قَبْلُ فَمَنَّ اللَّهُ عَلَيْكُمْ فَتَبَيَّنُوا ۚ إِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
《Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman kiminlə vuruşacağınızı yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: “Sən mömin deyilsən!”– deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, kiminlə vuruşacağınızı yəqin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.》
📚 Bax: Qurani Kərim, Ən-Nisə surəsi, 94 ayə.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Biz müsəlmanlar, hər hansı insana onun zahirinə görə hökm veririk. Bu hökm, insanın həyatı boyu dəyişlənə bilər. Bunu unutmamaq lazımdır.
Allah rəsulu ﷺ buyurub:
"İnsanlar, son əməllərinə görə hesaba çəkiləcəklər".
📚 Buxari.
Allah rəsulu ﷺ buyurub:
"Mənə insanların qəlblərini, içlərini (niyyət və qəsdlərini) dəqiqləşdirmək, yoxlamaq əmr olunmayıb".
📚 Muslim.
Qeyd: Bizim bu müzakirədə olan qardaşın atası kimi.
┈┉┅━❈▫❈3⃣❈▫❈━┅┉┈
Məsələdə olan ayə və hədislərin qədim və müasir alimlər tərəfindən açıqlanması.
Kafir, mürtəd və özünü islama nisbət edən bidət əhli, ölüm yatağında şəhadət deyərsə tövbəsinin qəbul olmasına dəlillərdən:
Uca Allah buyurur:
كَيْفَ يَهْدِي اللَّهُ قَوْمًا كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ وَشَهِدُوا أَنَّ الرَّسُولَ حَقٌّ وَجَاءَهُمُ الْبَيِّنَاتُ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
《İman gətirdikdən, Peyğəmbərin həqiqi peyğəmbər olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz.》
أُولَٰئِكَ جَزَاؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ
《Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir.》
خَالِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْظَرُونَ
《Onlar bu lənətin içində həmişəlik qalacaqlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir.》
Ey müsəlman qardaş, qəlbini aç və növbəti ayəni düşün.
إِلَّا الَّذِينَ تَابُوا مِنْ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
《Bundan sonra tövbə edib öz əməllərini islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.》
📚 Bax: Qurani Kərim, Əl-İmran surəsi, 86-89 ayələr.
Şərh: Yəni, bu üç qismdə olan insan tövbə edərsə, Allah onun tövbəsini ondan qəbul edər.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Hədislərdən:
Əlif- Muaz bin Cəbəl رضي الله عته dedi:_
Allah rəsulu ﷺ kimin son sözü - Ləə iləhə illə Allah - olarsa cənnətə girər, buyurmuşdur".
📚 Abu Daud.
Qeyd: Bizim bu məsələdə olan qardaşın atası kimi.
Bə- Ənəs bin Məlik رضي الله عنه dedi:
"Bir yahudi oğlan uşağı, Allah rəsuluna ﷺ xidmət edərdi. Bir gün o xəstələnir. Allah rəsulu ﷺ onun ziyarəti üçün yanına gəlir. Onun başının yanında oturub ona deyir: "İslamı qəbul et!". Oğlan atasın üzünə baxır. Atası ona: "Əbəl Qasimə (yəni, Allah rəsuluna ﷺ) itaət et!" - deyir. Və o islamı qəbul edir. Allah rəsulu ﷺ onun evindən sevinərək çıxıb dedi: "Məni səbəb götürən və onu oddan qurtaran Allaha həmd olsun".
📚 Buxari.
Qeyd: Bizim bu məsələdə olan qardaşın atası kimi.
Tə- Əbu AbdurRahmən Abdullah bin Məsud رضي الله عنه rəvayət edir ki, doğru sözlü və doğruluğu təsdiq olunan Peyğəmbər ﷺ bizə buyurdu:
"Sizdən hər birinizin yaradılışı anasının bətnində qırx gün nütfə şəklində olaraq bir yerə toplanılır. Sonra bu müddət qədər aləqa. Sonra bir o, qədər də mudğa şəklində bir yerə cəm olunur. Sonra onun (yanına) bir mələk göndərilir və (mələk) ona ruh üfürdükdən sonra dörd şeyi : Ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını yazmaqla əmr olunur. Ondan başqa heç bir haqq ilah olmayan Allaha and olsun ki, sizlərdən biri Cənnət əhlinin əməli ilə əməl edər və onunla Cənnət arasında bir arşınlıq məsafə qalarkən, kitab (-da olan qədər) onun əlehinə irəli keçər o, da Cəhənnəmliklərin əməli ilə əməl edib Cəhənnəmə düşər. Həmçinin sizdən biri Cəhənnəmliklərin əməli ilə əməl edər və onunla Cəhənnəm arasında bir arşınlıq məsafə qalarkən kitab (-da olan qədər) onun le yhinə irəli keçər o, da Cənnət əhlinin əməli ilə əməl edib Cənnətə düşər".
📚 Bax: Buxari, Müslim.
Qeyd: Bizim bu məsələdə olan qardaşın atası kimi.
Sə- Allah rəsulu ﷺ dedi:
"Allah, qulunun tövbəsini o, qarqara etməmişdən öncə qəbul edər".
📚 Əhməd, Ət-Tirmizi.
Qeyd: Bizim bu məsələdə olan qardaşın atası kimi.
Cim- Əl-Miqdəd bin Əmru رضي الله عنه dedi:
"Yə rəsulullah! Əgər bir insan məni qılıncla vursa, əlimi kəssə, sonra məndən qorxaraq ağacın dalında gizlənib - Ləə iləhə illə Allah -desə, onu öldürümmü? Allah rəsulu ﷺ: "Xeyr" - dedi. Sualı iki, üç dəfə ona təkrar etdim. O ﷺ , "Xeyr" - dedi.
"Ancaq, əgər o, (insan) yenidən dediyi sözünə (yəni, küfrünə) qayıtmış halda olarsa".
📚 Əhməd.
Qeyd: Bizim bu məsələdə olan qardaşın atası kimi.
_Ha- Allah rəsulu ﷺ dedi:
"Kim ölüm anında - Ləə iləhə illə Allah -kəlməsi ilə təlqin olunarsa, cənnətə girər".
📚 Əhməd.
Qeyd: Bizim bu məsələdə olan qardaşın atası kimi.
Xa- Allah rəsulu ﷺ dedi:
"Allah, quluna xeyr istəsə, ona ömrünün sonunda yaxşı əməl edib xətm etməsinə yardım edər, sonra canını alar".
📚 Əhməd.
Qeyd: Bizim bu məsələdə olan qardaşın atası kimi.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Qədim və müasir alimlərin sözlərindən:
- İmam Əl-Buxari - Allah ona rəhmət etsin, bu məsələ ilə bağlı hədisləri zikr edəndən sonra dedi:
"Hədislər ölüm yatağında və ya ondan qabaq olana aiddir. Əgər tövbə edib, peşman olub kəlmeyi şəhadəti deyərsə, bağışlanar".
- İbn Həcər - Allah ona rəhmət etsin, dedi:
"Ölüm yatağında kəlmeyi şəhadəti ixlasla deyən adamın - tövbə və peşmançılığına əlamətdir".
- Əl-Qurtubi - Allah ona rəhmət etsin, dedi:
"Alimlərimiz buyurmuşdur ki, insana ölüm gəlməmişdən öncə (yəni, ölüm yatağında olarkən) tövbəsi səhihdir, qəbuldur. Çünki, bu an peşmançılıq qəbuldur".
- İbn Teymiyyə - Allah ona rəhmət etsin, dedi:
"Alimlərin arasında ixtilaf yoxdur ki, kafir qılıncı görüb kəlmeyi şəhadəti desə, onun islamı səhihdir. Tövbəsi qəbuldur, baxmayaraq ki, ola bilsin batində niyyəti başqadır".
- ibn Teymiyyə demişdir:
"Bidət əhlinin tövbəsi qəbul deyil, deyənlər xata edir!"
- İbn Teymiyyə demişdir:
"Kim deyir ki, səhabələri söyən insanın tövbəsi qəbul deyil və o əbədi cəhənnəm əhlidir o, xata edir. Bütün sələflər və ümmətin alimləri, dörd məzhəbin alimləri kimi və başqaları, hamısı deyiblər ki, rafizinin tövbəsi digər insanların tövbəsi kimi qəbuldur".
- İbn Kəsir - Allah ona rəhmət etsin, dedi:
"Hədislər ona dəlalət edir ki, kim Allaha tövbə etsə - tövbəsi qəbuldur. Lakin qarqara anında, yəni, ruhun xulquma çatdığı an tövbə artıq qəbul deyil".
- İmam Əş-Şəukani - Allah ona rəhmət etsin, dedi:
"İnsanın təkcə - Ləə iləhə illə Allah - deməsi, onun halından və vəziyyətindən asılı olmayaraq, cənnətə girməsinə dəlalətdir".
- İbn Bazdan - Allah ona rəhmət etsin, soruşdular:
"Kafir ölüm yatağında olarsa, onu ziyarət edib və ona təlqin etmək caizdirmi?".
Şeyx dedi:
"Əgər, elə bir fürsət varsa, caizdir. Çünki, bunu Allah rəsulu ﷺ etmişdir, xadimi olan yəhudi oğlan ölüm yatağında olarkən".
- ƏbdulAziz Ər-Racihi - Allah onu hifz etsin, dedi:
"Ölüm yatağında ağır xəstə olanın hansı ki, ondan sonra yaşaması mümkün deyil, tövbəsi ta ki, ruh xulquma çatmamış ana qədər səhihdir, qəbuldur. Ona görə də, ölüm anında ona təlqin edilməsi ona fayda verər".
Bu sözü Abdullah bin ƏbdulAziz bin Əqil də buyurub.
- Saleh Əl-Münəccid - Allah onu hifz etsin, dedi:
"Kafirin, ölüm yatağında kəlmeyi şəhadəti deməyi, onu küfrdən islama keçirir. Keçmiş günahları silinir. Allah, onu müsəlman olaraq görər. Uca Allah buyurur:
قُلْ لِلَّذِينَ كَفَرُوا إِنْ يَنْتَهُوا يُغْفَرْ لَهُمْ مَا قَدْ سَلَفَ وَإِنْ يَعُودُوا فَقَدْ مَضَتْ سُنَّتُ الْأَوَّلِينَ
《Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər küfrə qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər.》
📚 Bax: Qurani Kərim, Əl-Ənfəl surəsi, 38 ayə.
- İmam Ən-Nəvəvi - Allah ona rəhmət etsin, dedi:
"Alimlər icma ediblər ki, insan tövbə edib, kəlmeyi şəhadəti deyərsə yəni, qarqara etməmiş və ondan sonra vəfat edərsə - müsəlman kimi müəmələ olunur".
Qarqaradan qabaq ölüm bihuşluğu baş verir. Bu ana, ölüm anı deyilir. Hələ qarqara başlanmayıb. Bəzən insan özündə olmur. Nə dediyini bilə bilmir. Bu an keçir və qarqara arasında olan anda belə tövbə etsə, tövbəsi qəbuldur.
Uca Allah buyurur:
وَجَاءَتْ سَكْرَةُ الْمَوْتِ بِالْحَقِّ ۖ ذَٰلِكَ مَا كُنْتَ مِنْهُ تَحِيدُ
《Ölüm bihuşluğu həqiqətən gələcəkdir. Ey insan! Bu sənin uzaq qaçdığın şeydir.》
📚 Bax: Qurani Kərim, Kaf surəsi, 19 ayə._
Hətta insanın boynunu vurmağa hazırlaşan cəlladın qılıncı göyə qaldıran an belə tövbə etsə, tövbəsi qəbuldur.
Hətta ölümlə nəticələnən ağır bir xəstəlikdir ki, ondan qurtuluş yoxdur və nəticəsi ölümdür, o an belə tövbə etsə, tövbəsi qəbuldur.
Hətta ev alovlanıb yanırsa və o alovun içində olan insanın ordan qurtulması qeyri mümkündür, o an belə tövbə etsə, tövbəsi qəbuldur.
Hətta uçuş zamanı təyyarə xarab olub göydən yerə düşürsə və bu zaman xilas olmaq mümkün deyil, o an belə tövbə etsə, tövbəsi qəbuldur.
Məsələdə olan qardaşın atasından niyə qəbul olmasın ki?! Məgər tövbələri qəbul edən Allah deyilmi?!
Uca Allah kiməsə möcüzə və ya imtahan olaraq, istədiyi quluna ona kəlmeyi şəhadəti dedirdər. Sən niyə narahat olursan ?!
Niyə qardaşın atasının ölüm yatağında kəlmeyi şəhadəti deməsi səni qıcıqlandırır?!
Çünki, ortada nəfs məsələsi var. Belə görünür ki, cəmi bir-iki kitab oxumuşuq. Bu kimi insana "cəhlun mürəkkəb" deyilir. Yəni, bu adam "mürəkkəb cahildir".
Allahu Əl-musta'an.
┈┉┅━❈▫❈4⃣❈▫❈━┅┉┈
Məsələyə aid bəzi şübhələrə cavab.
Birinci şübhə.
Bəziləri deyirlər: "Necə ola bilər ki, insan bütün həyatı boyu kafir kimi yaşasın, şirk içində yaşasın, özünə və başqalarına zülm etsin, öləndə isə müsəlman kimi ölsün" - deyib təəccüblənir
Cavab:
Uca Allah bu haqda buyurub:
إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ
《O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır.》
📚 Bax: Qurani Kərim, Əl-Burudc, 10 ayə.
Ayədə zikr olunan insanlar tövbə etsəydilər onda necə?!
Həsən Əl-Basri - Allah ona rəhmət etsin, dedi:
"Allahın bu lütfünə baxın. Allahın bu lütfünə baxın. Allahın övliyalarını öldürdülər, O isə onları tövbə etməyə çağırdı".
Əbu AbdurRahmən Abdullah bin Məsud رضي الله عنه rəvayət etdiyi hədisi:
"...Ondan başqa heç bir haqq ilah olmayan Allaha and olsun ki, sizlərdən biri Cənnət əhlinin əməli ilə əməl edər və onunla Cənnət arasında bir arşınlıq məsafə qalarkən, kitab (-da olan qədər) onun əlehinə irəli keçər o, da Cəhənnəmliklərin əməli ilə əməl edib Cəhənnəmə düşər. Həmçinin sizdən biri Cəhənnəmliklərin əməli ilə əməl edər və onunla Cəhənnəm arasında bir arşınlıq məsafə qalarkən kitab (-da olan qədər) onun le yhinə irəli keçər o, da Cənnət əhlinin əməli ilə əməl edib Cənnətə düşər".
Qeyd: Bizim bu məsələdə olan qardaşın atası kimi.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
İkinci şübhə.
Növbəti şübhələrdən, kəlmeyi şəhadətin ölüm anında, ölüm yatağında hamının deməsi asandır - deyirlər.
Cavab: Xeyr, zənn etdiyiniz kimi deyil. Onu hər insan deyə bilmir. Onu, Uca Allah istədiyinə dedirdə bilər. Necə ki, tam bizim məsələdə olan qardaşın atası kimi.
Uca Allah buyurur:
يُثَبِّتُ اللَّهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ ۖ وَيُضِلُّ اللَّهُ الظَّالِمِينَ ۚ وَيَفْعَلُ اللَّهُ مَا يَشَاءُ
《Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər.》
📚 Bax: Qurani Kərim, İbrahim surəsi, 27 ayə.
Yəni, kəlmeyi şəhadəti mömin müsəlman ölüm yatağında rahat deyə bilər. O gücü ona Uca Allah verir.
Hətta bəzi zəif hədislərdə buna dəlalət vardır. Hədis: "Münafiq ölüm anında kəlmeyi şəhadəti deyə bilməz!".
Kəlmeyi şəhadəti ölüm anında demək, Allahın quluna müvəffəqiyyətidir.
AbdulAziz bin əbi Daud - Allah ona rəhmət etsin, dedi:
"Bir insan ölüm yatağında idi. Getdim onu ziyarət edim. Ona - Ləə iləhə illa Allah - kəlməsini təlqin edim. O isə, sonda dedi: "O (ölüm yatağında olan özündən danışır) dediyinə kafirdir" və ölür. Qisəni İbn Rəcəb nəql edir.
Bəzi alimlər buyurub ki:
"Ölüm yatağında olan kafirin, ancaq tövbəsindən sonra kəlmeyi şəhadəti - Ləə iləhə illə Allah - deməsi, Allahın qulları üzərində qurduğu yoludur".
Qeyd: Bizim bu məsələdə olan qardaşın atası kimi.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Üçüncü şübhə.
Növbəti şübhələrdən, bəzi sıravi müsəlmanların məsələyə aid olan başa düşmədikləri ayə.
Uca Allah buyurur:
وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّىٰ إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الْآنَ وَلَا الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ ۚ أُولَٰئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا
《Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.》
📚 Bax: Qurani Kərim, Ən-Nisə surəsi, 18 ayə.
İmam Ət-Tabari, Əl-Qurtubi, Əl-Bəğavi, Ən-Nəvəvi və başqaları, ayənin təfsirində İbn Abbasdan və ibn Zeyddən, cumhur alimlərdən nəql edib buyururlar ki, bu ayə, qarqaraya aiddir. Yəni, ayədə məhz ruhun xulquma çatdığı an nəzərdə tutulur.
Hətta, təfsir alimləri ayədə "Günah işlər görməkdə davam edənlər" kimdən bəhs edilir, ixtilaf edib.
- Bəziləri nifaq əhli olduğunu buyurub.
- Bəziləri isə müsəlmanlardan bəhs edilir buyurub.
- Bəziləri bu ayənin iman əhlinə nazil olduğunu və ayə öz hökmünü itirib, yəni bu ayə - Nisə surəsində olan 48 və 116 ayələrlə nəsx edilib, buyurublar.
Bu rəylərin hansı doğrudur ?
İmam Ət-Tabari əbu Cəfər - Allah ona rəhmət etsin, onda (yəni, özündə) birinci rəyin daha doğru olduğunu buyurub.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Dördüncü şübhə.
Növbəti şübhələrdən, yəhudi oğlanın islamı qəbul etməsi hədisini zikr edəndə, deyir ki, o əsli kafirdi, bu isə rafizidir, müşrikdir.
Qeyd: Biz məsələdə rafizinin, kafir olub-olmadığını müzakirəsini etmirik. Bu tam ayrı və ixtilaflı mövzudur.
Deyir ki:
Rafizi, şiə həyatı boyu islamı eşidib, onu bildiyi kimi özündə yaşadıb. Yəhudi oğlan isə onun kimi deyil.
Deyirəm ki:
Fərz edək ki, biz rafiziyə, şiyəyə kafir gözü ilə baxırıq, kim dedi ki, onlar bir-birindən fərqlidir ?! Səndə bu təfriqəyə dəlil varmı?!
Necə ki, rafizi və şiəsi həyatı boyi islamı təhrif olunmuş şəkildə yaşayıb, eləcə də yəhudi oğlan. O, ondan da pis. Çünki o, nəinki islamı özündə yaşatmayıb, əksinə ona nifrət edib.
Deyir ki:
Rafiziyə, şiəyə hüccət qalxıb, sadəcə o, qəbul etməyib. Yəhudi oğlana isə hüccət çatmamışdı, haqqı bilmirdi.
Deyirəm ki:
Kim dedi ki, yəhudi oğlana hüccət çatmamışdır?!
Əksinə bunu deməklə, Allah rəsuluna ﷺ tənə edirsən ki, Allah rəsulu ﷺ onu həyatı boyu dəvət etməyib. Bu isə açıq böhtandır.
Deyir ki:
Hardan bilək ki, bu rafizi ixlasla deyib, yoxsa kimdənsə qorxaraq deyib. Bəlkə qorxaraq deyib? Niyyətini, qəsdini bilmirik. Ona görə də o, ölüm anında kəlmeyi şəhadəti desə belə, onun müsəlman olmadığını deyirik. Yəhudi oğlan isə elə deyil.
Deyirəm ki:
Hardan götürdün ki, yəhudi oğlan elə deyil ?!
Bəlkə yəhudi oğlan fikirləşib ki, kəlmeyi şəhadəti deməsə öləndən sonra, Allah rəsulu ﷺ onun atasına və ailəsinə təzyiq edər. Və onları Mədinədən qovar. Bəlkə bunların hamısını nəzərə alıb, ondan qorxaraq deyib?!
Və sonda deyirəm ki, səndə onun kəlmeyi şəhadəti nə niyyətlə, nə məqsədlə deməsinə dair (yəni, ölüm yatağında olan insandan) məhz ondan tələb etməsinə - xüsusi bir dəlilin, sübutun varmı?
Cavab: Əlbəttə yoxdur. Onda sən bunu hardan icad etdin, özündənmi?!
Allahu Əl-musta'an.
┈┉┅━❈▫❈5⃣❈▫❈━┅┉┈
Məsələ ilə bağlı bəzi suallara qısa cavab.
1.Məsələ: Bu məsələdə əsli kafirlə, mürtəd və hər hansı bidət əhli arasında fərq varmı?
Cavab: Xeyr, yoxdur.
Və yuxarıda artıq bu haqda kifayət qədər açıqlama verilib.
2.Məsələ: İnsan təlqindən sonra kəlmeyi şəhadət desə, bu kəlmeyi şəhadəti onun tövbəsi kimi qəbul edilirmi?
Cavab: Bəli, tövbəsi kimi qəbul edilir.
Və yuxarıda bu haqda kifayət qədər açıqlama verilib.
3.Məsələ: İnsanın ölüm yatağında kiməsə "tövbə etdim" - deməsi vacibdirmi?
Cavab: Xeyr, vacib deyil.
Onun özündə səsli və ya səssiz onu deməsi kifayət edir.
4.Məsələ: Bu qism insanlar ölüm yatağında kəlmeyi şəhadət desə, onlardan onların qəsdlərini öyrənmək lazımdırmı?
Cavab: Xeyr, lazım deyil və əksinə, onlardan bunu tələb etmək - bu əməl sünnəyə müxalifdir.
Və yuxarıda bu haqda kifayət qədər açıqlama verilib.
┈┉┅━❈▫❈6⃣❈▫❈━┅┉┈
Tarixdən maraqlı hadisələr.
İbn Əl-Qeyyim - Allah ona rəhmət etsin, deyir ki:
"Mələklər ölüm anında olan insanın yanına enir. Ölənin gözlərinə görsənmək üçün, onun yanında otururlar. Bir-biri ilə söhbət edirlər. Mələklər onun üçün dua edənlərin duasına "amin" deyirlər. Ola bilsin ki, ölüm anında olana "salam" belə versinlər. O isə, bəzən sözlə, bəzən isə işarə ilə, bəzən də qəlbi ilə salamı alsın və qaytarsın. Hətta, bəziləri ölüm anında olan insanla mələklərin arasında olan söhbəti eşidib. O, deyərdi: "Xoş gəlib, səfa gətirib bu gözəl və nurani sifətlər". Bəzilərinin hətta mələklərə salam verdikdən sonra, "Buyur burda otur. Buyur sən isə, burda otur" - dediyi eşidilib.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
İbn Əbi Dünya - Allah ona rəhmət etsin, xatırlayardı Omar ibn AbdulAziz - Allah ona rəhmət etsin, vəfat edən günü, dedi:
"Məni otuzdurun".
Onu otuzdurdular və o dedi:
"Mən o kəsəm ki, sən mənə əmr etdin, mən isə onu tam yerinə yetirmədim. Mənə qadağan etdin, mən isə sənə asi oldum". Bu sözləri üç dəfə deyib sonra: "Lakin, ləə iləhə illa Allah" deyib başını yuxarı qaldıraraq gözlərini bir yerə dikdi. Ona dedilər :
"Ey möminlərin əmiri, sən bir yerə şiddətlə baxırsan".
O dedi:
"Mən bura gələnləri görürəm, onlar nə cindir, nə də ki, insanlar".* Sonra ruhu çıxdı.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
İbn Kəsir - Allah ona rəhmət etsin, öz "Əl-Bidəyə və Ən-Nihəyə" adlı əsərində bir qisəni şeyx Əli Əl-Bəkkədən zikr edib dedi:
"Bir gün o, bir insanla Bağdaddan çıxıb yola düşür. Yolda bu insanı ölüm tutur. Və o, üzünü şərqə tərəf yönəldir. Yəni, nəsranilərin qibləsinə. Mən onun üzünü bizim qibləyə döndərdim. O isə, yenidən üzünü şərqə tərəf döndərdi. Mən onu yenidən qibləmizə tərəf yönəltdim. O, gözlərini açaraq dedi:
"Özünü yorma. Mən ancaq bu (yəni, xaçpərəstlərin) qibləyə tərəf ölmək istəyirəm" -dedi. Və vəfat edənə qədər nəsrani rahiblərin dilində (özlərinə xas olan dualarına) danışmağa başladı. Biz onu arabamıza yüklədik və yolumuza davam etdik. Yolda biz nəsrani rahiblərə aid olan bir evi (kilsəni) görüb onu içəriyə aldıq. İçəri daxil olanda onların (yəni, nəsrani rahiblərin) üzündə kədər var idi. Soruşdum ki, sizə nə olub? Onlar dedi:
"Bizdə yüz yaşlı qoca rahib (nəsrani) var idi. Vəfat edən günü, o adam dinindən dönüb islam dinini qəbul etmiş".
Biz bu xəbəri eşidərək sevinib onlara dedik:
"Onda gəlin, siz bunu (hansı ki, yolda ölən adamı) onun əvəzinə götürün, onu isə bizə verin".
Onlar bizim adamımızı (yəni, islamı qəbul edən yüz yaşlı kişini) bizə verdilər və biz onu yuduq, kəfənlədik, cənazəsini qıldıq və müsəlmanların qəbirstanlığında dəfn etdik. Onlar isə, öz adamlarını nəsrani məzarında öz üsulları ilə dəfn etdilər.
Allahım bizim sonumuzu yaxşı et.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Və sonda, dəvət edən müsəlman qardaşa, elm tələbəsinə, alimə kiçik nəsihət. Sizə insanların rizasını deyil, Allahın rizasını qazanmağı tövsiyə edirəm.
İnsanlar səni tərk edə bilər, səni Allah Əzzə və Cəllə tərk etməsin. İnsanların nəfslərinə tabe olma!
Sənə tənə edənin tənəsindən qorxma!
Sən Allahdan qorx, bu sənə yetər!
Qoy səni hamı tərk etsin, əsas sən dağ ol! Sözündə möhkəm ol!
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَنْ يَرْتَدَّ مِنْكُمْ عَنْ دِينِهِ فَسَوْفَ يَأْتِي اللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَائِمٍ ۚ ذَٰلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
《Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatəedəndir, Biləndir.》
📚 Bax: Qurani Kərim, Əl-Məidə, 54 ayə.
İnsanların istədiklərinə tabe olsan ...
وَاعْلَمُوا أَنَّ فِيكُمْ رَسُولَ اللَّهِ ۚ لَوْ يُطِيعُكُمْ فِي كَثِيرٍ مِنَ الْأَمْرِ لَعَنِتُّمْ وَلَٰكِنَّ اللَّهَ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانَ ۚ أُولَٰئِكَ هُمُ الرَّاشِدُونَ
《Bilin ki, Allahın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır.》
📚 Bax: Qurani Kərim, Əl-Hucurat, 7 ayə.
Unutma!
وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكَ وَرَحْمَتُهُ لَهَمَّتْ طَائِفَةٌ مِنْهُمْ أَنْ يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلَّا أَنْفُسَهُمْ ۖ وَمَا يَضُرُّونَكَ مِنْ شَيْءٍ ۚ وَأَنْزَلَ اللَّهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ ۚ وَكَانَ فَضْلُ اللَّهِ عَلَيْكَ عَظِيمًا
《Əgər sənə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, onların bir qismi səni doğru yoldan azdırmaq niyyətində olacaqdı. Amma onlar özlərindən başqa heç kəsi azdıra bilməz və sənə də heç bir şeylə zərər vura bilməzlər. Allah sənə Kitabı və hikməti (Quranı və Sünnəni) nazil etdi və bilmədiyin şeyləri sənə öyrətdi. Allahın sənə olan lütfü böyükdür.》
📚 Bax: Qurani Kərim, Ən-Nisə surəsi, 113 ayə.
┈┉┅━❈▫❈7⃣❈▫❈━┅┉┈
İstifadə olunan qaynaqlar:
- القرآن الكريم
- حاشية تبيين الحقائق
- تفسير ابن كثير
- تفسير ابن عاشور
- فتح القدير
- فتح الباري
- صحيح مسلم
- مسند أحمد
- الاوسط للطبراني
- صحيح الترغيب والترهيب
- إرواء الغليل
- جامع العلوم والحكم
- نيل الأوطار
- الإنصاف
- تحفة المحتاج
- كشاف القناع
- الموسوعة الفقهية
- المبسوط
- مجموع فتاوى لابن تيمية
- فتاوى الشيخ محمد بن صالح العثيمين
- البداية والنهاية
- وغيره كثير