Saçı tökülən şəxsin saç əkdirməsi icazəlidirmi



Şeyx Muhəmməd ibn Useyminə ( Allah ona rəhmət etsin) saçı tökülən şəxsin saç əkdirməsi icazəlidirmi deyə sual verilir. Şeyx belə cavab verir:

"Bəli bu icazəlidir. Beləki bu,  Allahın yaratdığı surətin qaytarılmasıdır. Həmçinin eybin aradan götürülməsidir. Bu,  gözəllik və ya Allahın yaratdığına əlavə qapısından sayılmır. Bu,  Allahın yaratdığını dəyişmək qapısından sayılmır. Əksinə naqisliyin və eybin götürülməsi qapısından sayılır. Heç kimə gizli deyil ki,  üç nəfərin hekayəsində onlardan keçəl olanı saçının qaytarılmasını istəmişdir. Mələk onun başına toxunmaqla Allah onun saçını qaytarmış və ona gözəl bir saç vermişdır."


📚 Bax: "Fətəva uləma əl-bələdil-haram" səhifə 1185.
Şeyxin işarə etdiyi hədis Buxari (3277) və Muslim (2964) tərəfindən rəvayət edilib.

📡 islamqa.info/ar/47664