Qızılın zəkat nisabının miqdarı hər bir əyar üçün necə hesablanır?



Qızılın zəkat nisabının (şəriətdə qoyulan həddi) miqdarı hər bir əyar üçün necə hesablanır?

Şeyx Munəcciddə (Allah onu hifz etsin) sual verilir:

"Bir nəfərin yüz yetmiş qram qızılı var. Onun verəcəyi zəkat miqdarı nə qədərdi?"

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Cavab: əl-Həmdulilləh.
Qızılın və gümüşün nisabı onların xalisindən tutulur. Qızıl gümüş olmayan və ya qarışıq hissəsi hesaba alınmır. Ancaq xalis qızıl və gümüşdən zəkat verilir.

Xalis qızılda (24 əyar) zəkat nisabı 85 qramdır. Belə ki xalislik bu əyarda 1000 dən 999 a çatır. Bu isə həmin sahənin mütəxəssislərinə görə ən yüksək dərəcəli xalis qızıl sayılır.

21 əyarda və ya 18 əyarda yaxud da qeyri əyarlarda müxtəlif hesablama yolları var. Ən məşhuru belədir:

Qramı onun əyarına vurub sonra 24 -ə bölürsən. Nəticədə 24 əyarlı xalis qızıl alınır. Əgər nəticə 85 qrama çatıbsa və ya ya onu keçibsə, 2.5% zəkat verilməsi vacib olur.

Sualda soruşulan bu miqdarın əyarı məsələn 21 əyardısa onun zəkatı aşağıdakı kimi hesablanır:

(170×21)÷24=148.75
Sonra bu qramdan 2.5% çıxarılır. O da təxminən 3.7 qramdı. Bu da bir ilin tamamında çıxarılan zəkatın miqdarı olur.

Fayda üçün 145770 rəqəmli sual-cavaba bax.

Allah təalə daha doğrusunu bilir.


📡Bax: https//islamqa.info/ar/214221