Bəzi insanlar düşünür ki, əxlaq ancaq fitrətlə olur. Onu qazanmaq mümkün deyil. Həqiqət isə, bu düşüncənin əksini deyir.
Əgər, tərbiyə ilə əxlaqı dəyişmək qeyri-mümkün olsaydı, nəsihətin, öyüdün, xatırlatmanın faydası olmazdı. Onda tərbiyənin və islah etməyin də mənası olmazdı. Günah işlər görməyi qadağan edən şəriətin qadağalarının və hədlərinin heç mənası olmazdı.
Həqiqət isə, bunun nəticəsinin faydalı olduğuna şahidlik edir. Və əgər tərbiyə, heyvanda hasil oluna bilirsə, insanda bunun hasil olmasına şəkk yoxdur.
✍🏻 نقلاً من كتاب "الأخلاق الفاضلة"
1438/05/03 هـ.