Sələflərin həyatından (1-ci)



┈┉┅━❈▫❈ 1 ❈▫❈━┅┉┈
كان المفضل بن فضالة - رحمه الله :

Əl-Mufaddal bin Fadala - Allah ona rəhmət etsin...

" إذا صلى عصر يوم الجمعة خلا في ناحية المسجد وحده ، فلا يزال يدعو حتى تغرب الشمس ".

...Cümə günü əsr namazını qılandan sonra məscidin bir tərəfinə çəkilərək tək oturub, günəş batana qədər dua edərdi.

📚 أخبار القضاة ٢٣٨ / ٣

📚 "Axbar əl-Quda" 3/238

┈┉┅━❈▫❈ 2 ❈▫❈━┅┉┈
قال رجل لأبي الدرداء - رضي الله عنه (ت. ٣٢ هــ.)

Bir kişi abu Dardaya - Allah ondan razı olsun, (hicrətin 32 ilində vəfat edib) dedi:

"علمني كلمة ينفعني الله بها "

"Mənə elə bir söz (bir əməl) öyrət ki, Allah, onunla mənə fayda versin (ondan mənə faydası olsun) ".

فقال له :" هَب عرضك لله ، فمن سبك أو شتمك فدعه لله ".

Abu Darda ona dedi:
"Namusunu (şərəfini) Allaha hədiyyə et ! Kim səni təhqir etsə, səni söysə onu Allaha burax".

📚 الحلية  (٢۱٩/۱ )

📚 "Əl-Hilya" (1/219)

________
"Sələf" sözün mənası:

isim [ərəbcə] Hər hansı bir sahədə, işdə, mövqedə fəaliyyəti o birindən daha qabaq olmuş, yaxud qabaq yaşamış adam (xələf ziddi). Sələflərə dərin hörmət. – Bizim emblemamız, rəmzimiz, şərəfimiz; Qoy olsun sələf, – dedik. B. Vahabzadə.

📚 (İzahlı lüğət)

┈┉┅━❈▫❈ 3 ❈▫❈━┅┉┈

‏قال رجل لصاحبه :

Bir nəfər dostuna dedi:

" إن قلبي لا يرتاح لفلان "

"Mənim qəlbim filankəsə nə isə yatmır".

فأجابه: " ولا أنا ولكن...

Dostu dedi: "Mənim də qəlbim elədir, ancaq...

ما يدريك لعل الله طمس على قلوبنا فأصبحنا لا نحب الصالحين ".

...nə bilirsən, ola bilsin Allah, qəlbimizdə salehlərə qarşı olan məhəbbəti (günahlarımıza görə) silib və artıq onları sevməməyə başladıq ?!"

لا تغترَ بنفسك !

Özünlə qürurlanma !

┈┉┅━❈▫❈ 4 ❈▫❈━┅┉┈

قال الصفدي - رحمه الله - (ت. ٧٦٤هــ ) :

Əs-Səffadi - Allah ona rəhmət etsin, (764 h. vəfat edib) dedi:

" ولابن دقيق العيد عدة أولاد ، سماهم على أسماء العشرة المبشرين ".

"İbn Dəqiq Əl-'İydin - Allah ona rəhmət etsin, (702 h. vəfat edib) bir neçə övladı var idi. O, övladlarına Cənnətlə müjdələnən on nəfərin adını vermişdir".

📚 أعيان العصر [ ٥٨٢/٤ ].

📚 "Ə'yən-ul-'Asrı" (4/582)

┈┉┅━❈▫❈ 5 ❈▫❈━┅┉┈

İbn Əl-Qeyyim - Allah ona rəhmət etsin, (751 h. vəfat edib) dedi:

" ﻓﺈﻥ ﻟﻠﺼﺪﻗﺔ ﺗﺄﺛﻴﺮا ﻋﺠﻴﺒﺎ ﻓﻲ ﺩﻓﻊ ﺃﻧﻮاﻉ اﻟﺒﻼء ﻭﻟﻮ ﻛﺎﻧﺖ ﻣﻦ ﻓﺎﺟﺮ ﺃﻭ ﻣﻦ ﻇﺎﻟﻢ ﺑﻞ ﻣﻦ ﻛﺎﻓﺮ ".

"Həqiqətən sədəqənin, müxtəlif bəlalardan qorunmaq üçün, (Allahın izni ilə) çox möcüzəli təsiri vardır. Onu (sədəqəni) fasiq, zalım, hətta kafir çıxartsa belə".

📚 الوابل الصيب ص ٣۱

📚 "Əl-Vabili-s-Sayyıb" (səh. 31)
___________
Mühüm qeyd: "Keçmiş müsəlmanlar" - bu iki kəlməni müxtəsər olaraq - "sələf" sözü əvəz edir.
Bir çox insanlara, "sələflərimiz belə dedi...", "sələflərimiz belə etdi...", deyəndə zənn edir ki, "sələflər" yeni firqədir. Yeni dini məzhəbdir. Xeyr. Yanlış düşüncədir.
"Sələf" deyəndə, yəni keçmiş, qədim müsəlmanlar nəzərdə tutulur. Ümumiyyətlə, "sələf" sözü azərbaycan dilinin lüğətində vardır. Ərəb mənşəli sözdür. Fayda üçün, lüğətə qayıdaq.

sələf

isim [ərəbcə] Hər hansı bir sahədə, işdə, mövqedə fəaliyyəti o birindən daha qabaq olmuş, yaxud qabaq yaşamış adam (xələf ziddi). Sələflərə dərin hörmət. – Bizim emblemamız, rəmzimiz, şərəfimiz; Qoy olsun sələf, – dedik. B. Vahabzadə.