Saleh yoxsa Taleh dost ?!



Allah ﷻ buyurur:
《فَمَا لَنَا مِنْ شَافِعِينَ》

《"İndi isə bizim nə şəfaətçilərimiz,》
《وَلَا صَدِيقٍ حَمِيمٍ》

《nə də bizə canıyanan bir dostumuz var!"》

(Əş-Şu'ara surəsi, 100-101 ayələri)


Allah ﷻ buyurur:

يَا وَيْلَتَىٰ لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًاالآية

《"Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!"》

لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي ۗ وَكَانَ الشَّيْطَانُ لِلْإِنْسَانِ خَذُولًاالآية

《"Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır".》
(Furqan surəsi, 27-28 ayələri)


Allah عز وجل buyurur:

وَإِنْ كَادُوا لَيَفْتِنُونَكَ عَنِ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ لِتَفْتَرِيَ عَلَيْنَا غَيْرَهُ ۖ وَإِذًا لَاتَّخَذُوكَ خَلِيلًاالآية

《"Müşriklər səni, sənə vəhy etdiyimizdən az qala döndərəcəkdilər ki, Qurandan başqa bir şeyi Bizə aid edəsən. Belə olduğu halda onlar səni özlərinə dost tutacaqdılar".》
(Əl-İsra sürəsi, 73 ayə)


Allah ﷻ buyurur:
وَإِذَا النُّفُوسُ زُوِّجَتْالآية

《"hər kəs öz tayına qovuşdurulacağı zaman"》
(Ət-Təkvir surəsi, 7 ayə)

Allah ﷻ buyurur:

الْأَخِلَّاءُ يَوْمَئِذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا الْمُتَّقِينَالآية

《"O gün müttəqilərdən başqa bütün dostlar bir-birinə düşmən kəsiləcəklər".》
(Əz-Zuxruf sürəsi, 67 ayə)


Allah rəsulu ﷺ buyurmuşdur:

"المرء على دين خليله، فلينظر أحدكم من يخالل"

"İnsan, öz dostunun dinindədir, ona görə də, dostunu seçsin".
Hədisi abu Daud, Əhməd və başqaları rəvayət etmişdir.


Müdriklər dedilər:

"الصاحب ساحب ، إما إلى الجنة وإما إلى النار"

Tələffüzü: "Əs-Sahibu, səhibu immə ilə əl-cənnəti, və immə ilə ən-nəri".

Mənası: "Dostun səni ya cənnətə, ya da ki, cəhənnəmə aparar".

Açıqlaması:
"Əs-Sahib" : sahib, dost, yoldaş.
"Səhibun" : aparan, dartan, çəkib aparan.


     Müsəlman özünə dost seçəndə nəyə fikir verməlidir ?
Dostu təqva və saleh əhlindən olsun.

Çünki, saleh dost sənə, Allaha ibadət etməyə kömək edər.
Saleh dost, sənə xəyanət etməz.
Saleh dost, səni pis işlərə dəvət etməz.
Saleh dost, sənin qüsurunu görəndə örtər.
Saleh dost, səni hikmət və ədəblə düzəldər.
Saleh dost, səni Allah üçün sevər ‼


Taleh, pis fikirli, paxıl və qorxaq isə, öz xasiyyəti ilə sənə təsir edər.


Yaşadığımız cəmiyyətdə imanda olmayan "dostların" səni imana gəldikdə görüb:
- bəziləri düşmən olur.
- bəziləri düşmənçilik etməsə də, dinini tərk etməyi istərdi.
- və çox az isə, özü imanda olmasa da, sənə həqiqi dəstək olur.

Birinci və ikinci növ "dostlar" xətərlidir. Onlarla dostluq etmə. Çünki, onlar sənə xeyir istəməz.

Allah ﷻ buyurur:

وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِي الْكِتَابِ أَنْ إِذَا سَمِعْتُمْ آيَاتِ اللَّهِ يُكْفَرُ بِهَا وَيُسْتَهْزَأُ بِهَا فَلَا تَقْعُدُوا مَعَهُمْ حَتَّىٰ يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ ۚ إِنَّكُمْ إِذًا مِثْلُهُمْ ۗ إِنَّ اللَّهَ جَامِعُ الْمُنَافِقِينَ وَالْكَافِرِينَ فِي جَهَنَّمَ جَمِيعًا الآية

《Allah Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, günahkarlar başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır.》
(Ən-Nisa surəsi 140 ayə).

Üçüncü növ olan insanla dostluq etmək dininə zərər verməz. Əksinə, onu imana dəvət etsən Allahın izni ilə dəvətini qəbul edər.

 Allah ﷻ buyurur:

لَا يَنْهَاكُمُ اللَّهُ عَنِ الَّذِينَ لَمْ يُقَاتِلُوكُمْ فِي الدِّينِ وَلَمْ يُخْرِجُوكُمْ مِنْ دِيَارِكُمْ أَنْ تَبَرُّوهُمْ وَتُقْسِطُوا إِلَيْهِمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَالآية

《Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir.》
(Əl-Mumtahana surəsi, 8 ayə).


Dostlar çoxdur. Taleh deyil, Saleh olanı seç!

____
Hazırladı : Suleyman Cəlil əl-Azəri.
1437-08-21