Qiyamət günün məhkəmə qanunları ilə tanış ol və bu haqda düşün !
┈┉┅━❈▫❈1❈▫❈━┅┉┈
⚖ Haqqında bütün məlumatlar gizli deyil, aşkar olacaq !
Allah ﷻ buyurdu:
وَكُلَّ إِنْسَانٍ أَلْزَمْنَاهُ طَائِرَهُ فِي عُنُقِهِ ۖ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنْشُورًا الأية
《Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə, açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik.》
(Əl-İsra surəsi, 13 ayə)
┈┉┅━❈▫❈2❈▫❈━┅┉┈
⚖ Məhkəməyə tək çıxmayacaqsan, şahidlərin və şiddətli nəzarətçilərin nəzarəti altında gətiriləcəksən !
Allah ﷻ buyurdu:
وَجَاءَتْ كُلُّ نَفْسٍ مَعَهَا سَائِقٌ وَشَهِيدٌ الأية
《Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir.》
(Qaf surəsi, 21 ayə)
┈┉┅━❈▫❈3❈▫❈━┅┉
⚖ Sənə qarşı zülm olunması qeyri-mümkündür !
Allah ﷻ buyurdu:
وَمَا أَنَا بِظَلَّامٍ لِلْعَبِيدِ ِ الأية
《Mən bəndələrə zülm edən deyiləm!”》
(Qaf surəsi, 29 ayə)_
┈┉┅━❈▫❈4❈▫❈━┅┉┈
⚖ Müdafiən üçün vəkil olmayacaq !
Allah ﷻ buyurdu:
اقْرَأْ كِتَابَكَ كَفَىٰ بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا الأية
《Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər.》
(Əl-İsra surəsi, 14 ayə)
┈┉┅━❈▫❈5❈▫❈━┅┉┈
⚖ Rüşvət vermək, vasitəçilər (yəni, sənə yardım əlini uzadanlar) qeyri-mümkündür !
Allah ﷻ buyurdu:
يَوْمَ لا يَنفَعُ مَالٌ وَلا بَنُونَ الأية
《O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək.》
(Əş-Şu'ara surəsi, 88 ayə)
┈┉┅━❈▫❈6❈▫❈━┅┉┈
⚖ Səni başqası ilə səhf salan olmayacaq !
(Elə düşünmə ki, kiminsə işlərini üstünə asacaqlar ki, məsuliyyətini daşıyasan.)
Allah ﷻ buyurdu:
وَمَا كَانَ رَبُّكَ نَسِيًّا الأية
《... Rəbbin unudan deyildir”.》
(Məryəm surəsi, 64 ayə)
┈┉┅━❈▫❈7❈▫❈━┅┉┈
⚖ Etdiyin əməllərinə özün şahid olacaqsan !
Allah ﷻ buyurdu:
فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَيَقُولُ هَاؤُمُ اقْرَءُوا كِتَابِيَهْ ْ الأية
《Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı!》
(Əl-Haqqa surəsi, 19 ayə)
┈┉┅━❈▫❈8❈▫❈━┅┉┈
⚖ Hökm qiyabi oxunmayacaqdır !
(Əyani, özün iştirak edib hökmünü eşidəcəksən.)
Allah ﷻ buyurdu:
وَإِنْ كُلٌّ لَمَّا جَمِيعٌ لَدَيْنَا مُحْضَرُونَالأية
《Hamısı bir yerdə Bizim hüzurumuza gətiriləcəklər.》
(Yasin surəsi, 32 ayə)
┈┉┅━❈▫❈9❈▫❈━┅┉┈
⚖ Məsələyə yenidən baxılsın, yəni yeni hökmlər verilsin - olmayacaqdır !
Allah ﷻ buyurdu:
مَا يُبَدَّلُ الْقَوْلُ لَدَيَّ الأية
《Mənim Sözüm dəyişməzdir.》
(Qaf surəsi, 29 ayə)
┈┉┅━❈▫❈10❈▫❈━┅┉┈
⚖ Yalançı şahidlərin olmayacaq !
(Dünyada olduğu kimi)
Allah ﷻ buyurdu:
يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَأَيْدِيهِمْ وَأَرْجُلُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ الأية
《o gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.》
(Ən-Nur surəsi, 24 ayə)
┈┉┅━❈▫❈11❈▫❈━┅┉┈
⚖ Haqqında olan məlumatlar unudulmuş olmayacaq!
Allah ﷻ buyurdu:
يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيُنَبِّئُهُمْ بِمَا عَمِلُوا ۚ أَحْصَاهُ اللَّهُ وَنَسُوهُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ الأية
《O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları hesaba almış, onlar isə etdiklərini unutmuşlar. Allah hər şeyə şahiddir.》
(Əl-Mucədələ surəsi, 6 ayə)
┈┉┅━❈▫❈12❈▫❈━┅┉┈
⚖ Əməlləri ölçən, dəqiq və adil mizan olacaq !
Allah ﷻ buyurdu:
وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا ۖ وَإِنْ كَانَ مِثْقَالَ حَبَّةٍ مِنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا ۗ وَكَفَىٰ بِنَا حَاسِبِينَ الأية
《Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.》
(Əl-Ənbiyə surəsi, 47 ayə)
Hələki gec deyil, nəfəs alırsan bunu düşün !
✍🏻 سليمان جليل الأذري 1439