Övladların tərbiyəsi üçün, onlara salehləri göstərmək



Saleh bin Əhməd dedi:

‏كان أبي يبعث خلفي إذا جاءه رجل زاهد أو متقشف لأنظر إليه،

"Atamın yanına zahid və ya asketik həyatı yaşayan birisi gələndə, dalımca adam göndərərdi ki, (gəlim) ona baxım...

يحب أن أكون مثله!

... (atam) onun kimi olmağımı istəyirdi".

‏السير(٥٣٠/١٢
📚 Əs-siyar (12/530)


___________
Mühüm qeyd: "Keçmiş müsəlmanlar" - bu iki kəlməni müxtəsər olaraq - "sələf" sözü əvəz edir.
Bir çox insanlara, "sələflərimiz belə dedi...", "sələflərimiz belə etdi...", deyəndə zənn edir ki, "sələflər" yeni firqədir. Yeni dini məzhəbdir. Xeyr. Yanlış düşüncədir.
"Sələf" deyəndə, yəni keçmiş, qədim müsəlmanlar nəzərdə tutulur. Ümumiyyətlə, "sələf" sözü azərbaycan dilinin lüğətində vardır. Ərəb mənşəli sözdür. Fayda üçün, lüğətə qayıdaq.

sələf

isim [ərəbcə] Hər hansı bir sahədə, işdə, mövqedə fəaliyyəti o birindən daha qabaq olmuş, yaxud qabaq yaşamış adam (xələf ziddi). Sələflərə dərin hörmət. – Bizim emblemamız, rəmzimiz, şərəfimiz; Qoy olsun sələf, – dedik. B. Vahabzadə.